Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya ordusunun Ukraynada müdafiə təyinatlı məhsulların sərgiləndiyi poliqona endirdiyi zərbə nəticəsində ölənlər və dağıntılar olduğu bildirilir.
APA xəbər verir ki, bu barədə müdafiə təyinatlı məhsullar istehsal edən First Contact şirkətinin təsisçisi və hərbçi Valeri Borovik Apostrof TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, zərbə silah sərgisinin keçirildiyi poliqona endirilib.
“Orada tanışlarımız var idi. Təəssüf ki, həlak olanlar və dağıntılar var. Bütün bunlar rəsmi açıqlamalarda öz əksini tapacaq”, – Borovik bildirib.
Ukraynanın keçmiş müdafiə nazirinin müşaviri və könüllü Sergey Sternenko isə ehtimal edib ki, söhbət bu gün Kiyev vilayətinə endirilən ballistik raket zərbəsindən gedir.
Qeyd edək ki, iyulun 24-də Rusiya ordusu Kiyev və Kiyev vilayətinə ballistik raketlərlə hücum edib. Kiyev meri Vitali Kliçko hava hücumundan müdafiə sistemlərinin işə düşdüyünü bildirib. Daha sonra paytaxtın Svyatoşin rayonuna təcili tibbi yardım briqadalarının cəlb olunduğu açıqlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 24 İyul 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















