Rusiya ordusu xaricdəki vətəndaşlarını qoruyacaq
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Dövlət Duması ölkə hüdudlarından kənarda çətin duruma düşən vətəndaşların müdafiəsi strategiyasında ciddi dəyişikliklərə səbəb olacaq yeni qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
Moderator.az rg.ru-ya istinadən xəbər verir ki, sözügedən sənəd başqa dövlətlərin məhkəmə instansiyaları tərəfindən cinayət məsuliyyətinə cəlb edilən Rusiya vətəndaşlarının müdafiəsi məqsədilə Rusiya ordusunun tətbiqinə şərait yaradacaq.
Rusiya hökuməti ölkə rəhbərinə həbs edilən, nəzarətə götürülən və müxtəlif formalarda təqiblərlə üzləşən vətəndaşların təhlükəsizliyini təmin etmək üçün hərbi qüvvələrin cəlb olunması barədə göstəriş vermək hüququnun tanınmasını irəli sürüb. Bu təşəbbüs Rusiyanın iştirak etmədiyi beynəlxalq məhkəmələrin və ya xarici hüquq-mühafizə orqanlarının qərarlarına, həmçinin verilən hökmlərin rəsmi Moskvanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və yaxud BMT Təhlükəsizlik Şurasının sənədlərinə əsaslanmadığı vəziyyətlərə şamil edilir.
Qanun layihəsinə görə, ölkə prezidentinin müvafiq sərəncamından sonra, yuxarıda qeyd olunan şəxslərin müdafiəsi istiqamətində Rusiyanın aidiyyəti dövlət qurumları da öz səlahiyyət hüdudlarında zəruri addımlar atmalıdırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 14 Aprel 2026 20:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















