Rusiya Paşinyana qarşı yeni siyasi qüvvə yaradır
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyada yaşayan erməni biznesmen, “Taşir” şirkətlər qrupunun yaradıcısı Samvel Karapetyan yeni siyasi qüvvə yaratdığını bəyan edib.
Teleqraf xəbəbr verir ki, Samvel Karapetyanın bəyanatını onun qardaşı oğlu Narek Karapetyan yayıb.
O, digər siyasi qüvvələrə, xadimlərə böyük hörmət bəslədiyini qeyd edib.
"Ancaq bizim Ermənistan üçün yaxşı gələcək qurmaqla bağlı öz baxışımız var və biz öz yolumuzla gedəcəyik. Yeni komandamızla həmfikirlərlə daxili siyasi əməkdaşlığı istisna etməyəcəyik. Biz xalqımızı ədalətli və yüksək məqsədlər ətrafında birləşdirməyə çalışacağıq", - Karapetyan bildirib.
O həmçinin əlavə edib ki, artıq siyasi komandanın formalaşmasına başlanılıb.
Qeyd edək ki, “Taşir” Şirkətlər Qrupunun təsisçisi Samvel Karapetyan iyunun 19-da 2 ay müddətinə həbs edilib. Ona qarşı Ermənistan Konstitusiyasında nəzərdə tutulmayan üsullarla hakimiyyətin ələ keçirilməsinə açıq çağırışda ittiham irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 14 İyul 2025 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















