Paşinyana qarşı yeni siyasi qüvvə yaradıldı Məqsədləri odur ki...
Icma.az, Publika.az portalına istinadən məlumat verir.
Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan yeni siyasi qüvvə - Ümumerməni Vahid Şuranın yaradıldığını bəyan edib.
Publika.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə məlumat verib.
“İnsanları yeganə həqiqi məqsəd - milli təhlükəsizliyin təmini və erməni dövlətçiliyinin qorunması ətrafında birləşdirməyin vaxtıdır”, - Karapetyan qeyd edib.
O, əmin edib ki, yeni siyasi qüvvə milli maraqları və dövlət təhlükəsizliyini möhkəm və ardıcıl müdafiə edəcək. Karapetyan vurğulayıb ki, yeni partiyanın yaradılması Ermənistanın “yaxşı” adını bərpa etməyə, müttəfiq və dost ölkələrlə hərbi-siyasi əlaqələrini gücləndirməyə ehtiyac duyması ilə bağlıdır.
Yeni qüvvə “Millət-Ordu-Kilsə” üçlüyünə əsaslanacaq. Karapetyanın özündən başqa, struktura Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının Primatı, arxiyepiskop Mikael Adjapaxyan və parlamentin keçmiş vitse-spikeri (eləcə də İrəvanın keçmiş meri) Albert Bazeyan rəhbərlik edəcək.
Tural
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 18 Yanvar 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















