Rusiya Paşinyana yeni ittiham irəli sürdü
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistan hakimiyyəti ilə Rusiyanın erməni əsilli iş adamı Samvel Karapetyan arasında “Elektrik şəbəkələri” şirkəti ilə bağlı qarşıdurma davam edir.
Modern.az xəbər verir ki, Rusiyanın Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın komandası Karapetyana məxsus “Elektrik şəbəkələri” şirkətinin milliləşdirilməsinə doğru ardıcıl şəkildə irəliləyir.
Rusiya rəsmisi Ermənistan hakimiyyətinin bu istiqamətdəki addımlarını “reydersayağı ələ keçirmə” kimi qiymətləndirib.
Qeyd edək ki, Ermənistan hökuməti 2026-cı ilin martında “Elektrik şəbəkələri”nin tam milliləşdirilməsi barədə qərar qəbul edib. Baş nazir Nikol Paşinyan həmin vaxt qərarın şirkətin bazar dəyərinin ilkin ekspert qiymətləndirilməsinə əsaslandığını bildirib.
Bundan əvvəl, 2025-ci ilin noyabrında Paşinyan şirkətin tam milliləşdirilməsini mümkün variantlardan biri kimi təqdim etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 18 Sentyabr 2026 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















