Rusiya Paşinyanı hədələdi “Hakimiyyət dəyişikliyi ilə nəticələnəcək”
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
“Nikol Paşinyanın siyasəti Ermənistanda daxili gərginliyin kəskin artmasına və xalq üsyanlarına səbəb ola, bu da ölkədə hakimiyyət dəyişikliyi ilə nəticələnə bilər”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib.
“Başa düşdüyüm qədər, Paşinyan müəyyən fayda əldə etmək üçün iki stulda oturmağa çalışır. Çox güman kii, ölkə yox, özü üçün. Yoldaş Baş nazir qəribə addımları ilə ölkədə bölünmə və xaos yaradır”, - o bildirib.
Çepa qeyd edib ki, son hadisələrdən biri Ermənistanın Avropa İttifaqına üzvlüyə hazır olması ilə bağlı açıqlamadır:
“Bağışlayın, amma bu, sadəcə cəfəngiyatdır. Ümumiyyətlə, görünür, Paşinyan hər şeyə birdən nail olmağa çalışır: NATO, KTMT, MDB və Avropa İttifaqında. Bu, mümkün deyil. Üstəlik, bunun bütün ölkə üçün ciddi nəticələri olacaq.
Ermənistan-Rusiya münasibətlərinə gəlincə, Ermənistan ərazisindəki hərbi bazamız, eləcə də Ermənistan tərəfinə bəzi təchizatlar barədə çox ciddi düşünməliyik. Rusiya Ermənistanın əsas ticarət tərəfdaşıdır və buğda, alüminium, çörək, günəbaxan yağı, dərman və bir çox digər malların idxalının əhəmiyyətli hissəsini məhz Rusiya təşkil edir.
Paşinyan öz addımları ilə cəmiyyətdə gərginlik yaradır. Bu fəaliyyətlərin nəticəsi Paşinyanın vəzifədən kənarlaşdırılması ilə nəticələnə bilər. Üstəlik, daxili siyasi proseslərin nəticəsi kimi yox, qəzəbli və məyus xalqın iradəsi ilə”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 13 May 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















