Sarkisyan Paşinyanı HƏDƏLƏDİ: Hakimiyyət dəyişikliyindən sonra...
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan baş nazir Nikol Paşinyanın ordunun vəziyyəti barədə səsləndirdiyi fikirlərə reaksiya göstərib.
Bakıvaxtı.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, eks-prezident jurnalistlərə baş nazirin 2020-ci il müharibəsindən əvvəl bu ordunun regionun ən döyüşkən və qətiyyətli qüvvəsi olduğunu bəyan etdiyini xatırladıb.
Mayın 28-də keçirilən paraddan və orada nümayiş etdirilən silahlardan danışan Sarkisyan bir çox nümunənin effektivliyinə şübhə ilə yanaşdığını bildirib.
O qeyd edib ki, həmin silahlar hələ real döyüş şəraitində sınaqdan çıxarılmayıb. Sarkisyanın fikrincə, bu parad büdcədən ayrılan milyardlarla vəsaitin xərclənməsinə bəraət qazandırmaq cəhdidir.
Onun sözlərinə görə, bu vəsaitlərin nə dərəcədə səmərəli xərcləndiyi yalnız hakimiyyət dəyişikliyindən və müvafiq araşdırmadan sonra məlum olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 07 İyun 2026 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















