Icma.az
close
up
RU
Rusiya Pokrovsku mühasirəyə almağa hazırlaşır

Rusiya Pokrovsku mühasirəyə almağa hazırlaşır

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya qoşunları yaxın aylarda Donetsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin möhkəmləndirilmiş müdafiə xəttini qərbdən keçərək Pokrovsk və Mirnoqrad şəhərlərini mühasirəyə almağa çalışa bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Son geolokasiya məlumatlarına əsasən, rus qüvvələri Koptevo, Şevçenko Pervoye kəndlərini ələ keçirib və Razino kəndinin cənub-şərqinə doğru irəliləyiblər. Hazırda onların əsas hücum istiqaməti Pokrovsk-Konstantinovka T-0504 magistralına paralel bölgələrdir.

Ukraynalı hərbi müşahidəçilər bildirirlər ki, Malinovka və ətraf kəndlərdə mövqe tutan rus bölmələri Pokrovskun ətrafında hərbi təzyiqi artırır. Hücumlar motosiklet və baggi texnikaları ilə həyata keçirilir.

ISW qeyd edir ki, Rusiya ordusu Razino yaxınlığında yerləşən Kazennıy Torets çayını keçmədən qərbə doğru irəliləyə bilməz. Bu isə əməliyyatın tempini zəiflədə bilər.

Ekspertlərə görə, rus komandanlığı müdafiə xəttini birbaşa yarmaq əvəzinə onu dolanaraq Ukrayna qoşunlarını geri çəkilməyə məcbur etməyə çalışır. Lakin Rusiya ordusunun uzunmüddətli hücumlardan sonra ciddi yorğunluq yaşadığı və bu prosesin ləng və itkilərlə müşayiət olunacağı da istisna edilmir.

Bununla yanaşı, Ukrayna tərəfi Sumı və Xarkov vilayətlərinə də təzyiqlərin artacağını gözləyir. Ekspertlər hesab edir ki, bu genişlənmə Moskvanın hərbi-siyasi təzyiq mexanizminin tərkib hissəsidir və müharibənin dayandırılması ilə bağlı mümkün İstanbul danışıqları ərəfəsində Kiyevə təzyiq göstərmək məqsədi daşıyır.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 İyul 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri