Icma.az
close
up
RU
“Cənub cəbhəsində gərginlik artır: Rusiya Qulyaypoleni və Pokrovsku tam mühasirəyə almağa çalışır“ ISW

“Cənub cəbhəsində gərginlik artır: Rusiya Qulyaypoleni və Pokrovsku tam mühasirəyə almağa çalışır“ ISW

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

"Zaporojye və Donetsk istiqamətində artan rus təzyiqi Ukraynanın cənub cəbhəsində yeni, daha təhlükəli mərhələnin başlandığını göstərir..."

Yeni taktika və məqsəd

ISW və "DeepState"-in məlumatına görə, Rusiya ordusu Qulyaypole ətrafında genişmiqyaslı mühasirə əməliyyatı aparır. Məqsəd - şəhəri şimaldan və şimal-şərqdən təcrid etmək, Pokrovsk-Qulyaypole magistralını kəsmək və Ukrayna müdafiəsini zəiflətməkdir.

Moderator.az bildirir ki, ISW qeyd edir ki, ruslar Donetskdəki Pokrovsk uğrunda döyüşlərdə tətbiq etdikləri "sızma taktikasını" indi Zaporojyedə təkrarlayır.

Plan hava və dron zərbələri, diversiya qruplarının hücumları və logistikanın pozulmasına əsaslanır. Hazırda bölgədə üç rus ordusunun bölmələri yerləşdirilib. Analitiklər bildirir ki, Rusiya ya şəhəri tam mühasirəyə almağa çalışacaq, ya da məhdud dairədə əməliyyat apararaq daha az itki ilə irəliləməyə cəhd göstərəcək. Ukraynalı hərbi mütəxəssis Stanislav Bunyatov isə xəbərdarlıq edir ki, 2026-cı ildə Zaporojyedə Donetskdəki kimi cəbhə dağılması mümkündür.

Rovnopol və Qulyaypole istiqamətində döyüşlər

"DeepState" yazır ki, rus qüvvələri Rovnopoleni ələ keçirib və indi Qulyaypoleni şimaldan sıxışdırmağa çalışır. Eyni zamanda Varvarovka və Marfopol istiqamətində irəliləyərək şəhərin logistikasını pozurlar. Rusiya piyada qüvvələrini artırır, Ukrayna müdafiəsindəki boşluqlardan istifadə edir. Ukrayna baş komandanı Aleksandr Sırski vəziyyətin Aleksandrovka və Qulyaypole istiqamətlərində kəskin pisləşdiyini bildirib. Rusiya ordusu say və texnika üstünlüyü ilə üç yaşayış məntəqəsini ələ keçirib, Ukrayna qüvvələri isə Rovnopole və Yablokovo uğrunda ağır döyüşlər aparır.

Pokrovsk duman altında

BBC yazır ki, Donetsk vilayətindəki Pokrovsk yaxınlığında sıx duman dronların işini çətinləşdirib və rus ordusu bundan istifadə edərək hücuma keçib. Artıq şəhərin bəzi cənub rayonları rusların nəzarətindədir. Ukraynalı pilot "Qus" bildirir ki, duman günlər boyu kəşfiyyatı mümkünsüz edib və rus texnikası kolonlarla irəliləyib. Pokrovskun çox hissəsi "boz zona"dadır, yəni heç bir tərəf tam nəzarət etmir. "DeepState" şəhərin süqutunun "vaxt məsələsi" olduğunu bildirir. Rusiya eyni anda həm Pokrovsku, həm də Mirnoqradı mühasirəyə almağa çalışır, logistik xətləri dron və artilleriya ilə vurur.

Kreml planını dəyişmir

Rusiya ordusu Donetsk və Zaporojyedə eyni strategiyanı izləyir: şəhərləri tədricən mühasirəyə alaraq Ukrayna müdafiəsini tükəndirmək. "The Wall Street Journal" qeyd edir ki, Pokrovsk uğrundakı döyüşlər Kremlin əsas məqsədini - yalnız Donbası ələ keçirmək deyil, həm də Ukrayna üzərində təsirini bərpa edib Moskvaya "böyük dövlət" statusunu qaytarmaq istəyini açıq göstərir. Cəbhənin ruhu dəyişmir: Rusiya addım-addım cənub istiqamətində irəliləyir, Ukrayna isə hər qarış torpağını qorumaq uğrunda mübarizəni davam etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Noyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see198

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see156

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see137

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see132

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri