Icma.az
close
up
RU
“Rusiya prezidenti Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək istəyir”

“Rusiya prezidenti Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək istəyir”

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidentinə telefon zəngi göstərir ki, Moskva Azərbaycanla siyasi, iqtisadi, təhlükəsizlik və regional əməkdaşlıq münasibətlərinin inkişafında maraqlıdır. Bu, son dövrdə münasibətlərdə yaranmış gərginliyin aradan qaldırılması və yeni mərhələnin başlanması istiqamətində Rusiyanın niyyətini nümayiş etdirir”.

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Politoloqun sözlərinə görə, lakin eyni zamanda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Qarabağ məsələsi ilə bağlı səsləndirdiyi fikirlər müəyyən suallar doğurur:

“Bir tərəfdən Kreml Azərbaycanla münasibətləri normallaşdırmaq istədiyini bəyan edir, digər tərəfdən isə Xarici İşlər Nazirliyi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü baxımından Qarabağ mövzusunu yenidən gündəmə gətirir. Bu isə ziddiyyətli yanaşma təsiri bağışlayır və təbii olaraq Azərbaycanın etirazına səbəb olur.Bu gün Azərbaycan Cənubi Qafqazda artan siyasi nüfuzu ilə yeni regional reallıqlar formalaşdırır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində regionda sülh gündəliyi irəli sürülür, Ermənistanla etimad quruculuğu istiqamətində müəyyən addımlar atılır, siyasi və iqtisadi əməkdaşlıq imkanları genişlənir. Lakin görünür ki, bu proseslər Moskvada müəyyən narahatlıq yaradır”. 

O, deyib ki, əgər Ermənistanda revanşist qüvvələr hakimiyyətə gəlsəydi, Ermənistan–Azərbaycan sülh prosesini pozmağa və Qarabağ məsələsini yenidən gündəmə gətirməyə çalışacaqdılar:

“Hazırda isə Qarabağ münaqişəsi faktiki olaraq həll olunub və Ermənistan da bu məsələdən geri çəkildiyini nümayiş etdirir. Belə bir şəraitdə Rusiya Xarici İşlər Nazirliyinin Qarabağ mövzusunu yenidən qabartması Cənubi Qafqaz siyasətinin tərkib hissəsidir. Rusiya artıq bu təsirdən imtina etməlidir.Bununla belə, Rusiyanın region siyasəti Cənubi Qafqaz dövlətlərinin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipi üzərində qurmalıdır. Azərbaycan bu gün regionda yeni geosiyasi nizamın formalaşmasında mühüm rol oynayır, Türkiyə ilə strateji koordinasiyanı davam etdirir və Şərq-Qərb nəqliyyat dəhlizinin əsas qovşaqlarından birinə çevrilib. Eyni zamanda Azərbaycan Rusiyanın da maraq göstərdiyi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında fəal iştirak edir.Rusiya Cənubi Qafqazda Azərbaycanla hesablaşır və münasibətləri qarşılıqlı hörmət və etimad əsasında inkişaf etdirməlidir. Qarabağ məsələsinin yenidən gündəmə gətirilməsi iki ölkə arasında etimadın möhkəmlənməsinə xidmət etmir. Bu səbəbdən Rusiya rəsmiləri və digər siyasi dairələr bu mövzuda məsuliyyətli mövqe nümayiş etdirməlidirlər.Azərbaycan isə öz suverenliyi və ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyini bundan sonra da qətiyyətlə müdafiə edəcək. Əgər Rusiya Azərbaycanla münasibətləri həqiqətən strateji səviyyədə inkişaf etdirmək niyyətindədirsə, bu münasibətlər qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və Azərbaycanın milli maraqlarına hörmət prinsipinə əsaslanmalıdır”.

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://adalet.az
archiveBu xəbər 30 İyul 2026 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri