Icma.az
close
up
RU
Rusiya Azərbaycanla əməkdaşlığı gücləndirməlidir ŞƏRH EDİLDİ

Rusiya Azərbaycanla əməkdaşlığı gücləndirməlidir ŞƏRH EDİLDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycan–Rusiya münasibətləri son dövrlərdə xüsusi bir mərhələyə qədəm qoyub. Bu mərhələ daha çox Rusiya tərəfindən qaynaqlanan müəyyən problemlər və ziddiyyətli yanaşmalarla xarakterizə olunur. Rusiya hər nə qədər Azərbaycanla münasibətlərin əhəmiyyətini və Azərbaycana ehtiyac duyduğunu başa düşsə də, zaman-zaman ölkəmizlə bağlı qeyri-adekvat mövqe ortaya qoyur".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, bu isə iki ölkə arasındakı münasibətlərdə müəyyən sualların və anlaşılmazlıqların yaranmasına səbəb olur:

"Rusiyanın Azərbaycanla bağlı ziddiyyətli mövqeyi ölkə daxilində müxtəlif yanaşmaların və müəyyən fikir ayrılıqlarının mövcudluğu ilə bağlı ehtimalları da gücləndirir. Bu, təkcə Rusiyanın Azərbaycan siyasətində deyil, həmçinin Ukrayna müharibəsi ilə bağlı mövqeyində və Avropa siyasətində də özünü göstərir. Bəzən Rusiyanın müxtəlif siyasi və hərbi dairələrinin nümayəndələri bir-birindən fərqli, hətta ziddiyyət təşkil edən açıqlamalar verirlər.

Bu isə belə düşünməyə əsas verir ki, Rusiya daxilində hərbi-siyasi dairələr arasında müəyyən fikir ayrılıqları mövcuddur. Həmin fikir ayrılıqları Rusiyanın hazırda üzləşdiyi mürəkkəb vəziyyət, beynəlxalq təcrid və xarici siyasətdə qarşılaşdığı çətinliklərlə də əlaqəli ola bilər.

Bununla belə, hazırkı mərhələdə Rusiyanın Azərbaycana ciddi ehtiyacı var.

Birincisi, Rusiya Cənubi Qafqazda öz siyasi və geosiyasi mövcudluğunu qorumaq istəyirsə, Azərbaycanla münasibətlərini sağlam və sabit şəkildə davam etdirməlidir. Azərbaycan regionun əsas siyasi və iqtisadi aktorlarından biridir və Moskvanın Cənubi Qafqaz siyasətində Bakı ilə münasibətləri mühüm əhəmiyyət daşıyır.

İkincisi, Rusiya–Ukrayna müharibəsi fonunda da Moskvanın Azərbaycana ehtiyacı yarana bilər. Azərbaycan gələcəkdə müəyyən diplomatik təşəbbüslərdə və ya vasitəçilik proseslərində rol oynaya biləcək ölkələrdən biridir.

Üçüncüsü, Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələr inkişaf edir. Azərbaycan Rusiya məhsulları üçün mühüm bazarlardan biridir. Xüsusilə Rusiyanın Qərb ölkələri ilə iqtisadi əlaqələrinin zəiflədiyi və müxtəlif məhdudiyyətlərlə üzləşdiyi bir dövrdə Azərbaycan bazarı Moskva üçün əlavə iqtisadi imkanlar yaradır.

Bundan başqa, Rusiya ilə Avropa arasında münasibətlərin gələcək inkişafı baxımından da Azərbaycanın müəyyən əhəmiyyətli rolu ola bilər.

Demək olar ki, Azərbaycanla münasibətlərdə ziddiyyətlərin dərinləşməsi ilk növbədə Rusiyanın öz maraqlarına zərər vura bilər. Başqa sözlə, Moskvanın Azərbaycanla münasibətləri gərginləşdirməsi öz ayağına güllə sıxması ilə nəticələnə bilər.

Düşünürəm ki, Rusiya hakimiyyəti bu reallıqları yaxşı anlayır. Ehtimal etmək olar ki, tərəflər arasında baş tutan telefon danışığında mövcud problemlər və ziddiyyətlər geniş şəkildə müzakirə olunub.

Gözlənti ondan ibarətdir ki, növbəti mərhələdə mövcud fikir ayrılıqlarının və problemlərin aradan qaldırılması istiqamətində addımlar atılacaq. Əks halda, münasibətlərin daha da gərginləşməsindən ən çox zərər görən tərəflərdən biri məhz Rusiya və Moskva ola bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 İyul 2026 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri