Icma.az
close
up
RU
Rusiya PUA ları Polşa səmasında...

Rusiya PUA ları Polşa səmasında...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Qərb ölkələri bu hadisədən ciddi narahatdır

Rusiyanın Ukraynaya hücum zamanı istifadə etdiyi pilotsuz uçuş aparatları (PUA) sentyabrın 9-dan 10-a keçən gecə Polşanın hava məkanına daxil olub. Polşa ordusu ilk dəfə ordusunu və NATO qüvvələrini Rusiya dronlarına qarşı istifadə edib. Bu barədə Polşanın Ordu Komandanlığı məlumat yayıb.

Belə ki, Polşa Ordu Komandanlığı ölkənin hava məkanına daxil olan və Rusiyaya məxsus olduğu ehtimal edilən bir neçə pilotsuz uçuş aparatının (PUA) hərbi hava qüvvələri (HHQ) tərəfindən vurulduğunu açıqlayıb. Komandanlıq Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar ölkənin hava məkanını pozan dronların vurulması barədə ilk dəfədir məlumat yayıb. Məlumatda bir neçə dronun vurulması qeyd olunsa da, dəqiq say göstərilməyib. “Bu, əhalinin təhlükəsizliyi üçün real təhdid yaradan təcavüz aktıdır”, - deyə Polşa Silahlı Qüvvələri Baş Komandanlığının “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib.

PUA-lar məhv edilib

Polşanın Baş naziri Donald Tusk da X səhifəsində paylaşım edərək ordu rəhbərliyi, müdafiə naziri və prezidentlə daim əlaqə saxladığını bildirib. Baş nazir məsələ ilə əlaqədar hökumətin fövqəladə iclasını keçirib, eləcə də NATO rəhbərliyi hadisə barədə məlumatlandırılıb. D.Tusk bəyan edib ki, Polşa Silahlı Qüvvələri ölkənin hava məkanına girən obyektləri məhv etmək üçün silah tətbiq edib. O, sentyabrın 10-da səhər saatlarında “X” sosial platformasında yazıb: “Polşanın hava məkanının dəfələrlə pozulması ilə əlaqədar əməliyyat aparılır. Hərbçilər həmin obyektlərə qarşı silah tətbiq ediblər”. Tusk bildirib ki, ölkə Prezidenti və müdafiə naziri ilə daimi təmasdadır, həmçinin NATO Baş katibi Mark Rütteyə vəziyyətlə bağlı məlumat verib.

Polşa Prezidenti Karol Navrotski isə jurnalistlərə açıqlamasında Rusiyanın ölkənin hava məkanını pozması ilə bağlı NATO Müqaviləsinin 4-cü maddəsinin tətbiqini müzakirə edildiyini bildirib: “Milli Təhlükəsizlik Bürosunda NATO Müqaviləsinin 4-cü maddəsinin tətbiq imkanları müzakirə edilib”. Qeyd edək ki, NATO-nun 4-cü maddəsi üzv ölkələrə müttəfiqlərlə məsləhətləşmə aparmaq hüququ verir. Əgər bir NATO ölkəsi öz təhlükəsizliyinin pozulduğunu və ya təhdid altında olduğunu hesab edirsə, o, NATO-nun digər üzvləri ilə məsləhətləşmələr aparmaq üçün 4-cü maddədən istifadə edə bilər. Bu maddə dərhal hərbi müdaxilə tələb etmir. Məqsəd məsələnin müzakirəsi, informasiya paylaşımı və birlikdə addımların planlaşdırılmasıdır. 4-cü maddə NATO-nun kollektiv müdafiə prinsipi ilə (5-ci maddə) qarışdırılmamalıdır. 5-ci maddə faktiki hərbi müdaxilə üçün istifadə olunur, 4-cü maddə isə yalnız konsultasiya və koordinasiya üçündür.

Rusiya diplomatı Polşa XİN-ə çağırılıb

Vurulmuş dronların ilk qalıqları Polşanın şərqindəki Çosnovka kəndində tapılıb. Əhaliyə dron qalıqlarına yaxınlaşmamaq və aşkarlandığı təqdirdə polisə məlumat vermək barədə müraciət edilib. Vəziyyətlə əlaqədar Polşada dörd hava limanı, o cümlədən Varşava aeroportu müvəqqəti bağlanıb. Ordunun fəaliyyətləri ilə əlaqədar Polşanın hava məkanının bir hissəsi də bağlanıb və heç bir uçuş və eniş həyata keçirilməyib.

Qeyd edək ki, Rusiyanın Polşadakı səfirliyinin müvəqqəti işlər vəkili Andrey Ordaş insidentlə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə  çağırılıb. XİN Polşa öz ərazisində vurulmuş dronların Rusiyaya məxsus olduğunu bildirib, amma Andrey Ordaş bu ittihamları əsassız sayıb. Diplomat “RİA Novosti”yə açıqlamasında deyib ki, dronların Rusiyaya aid olduğunu sübut edən heç bir dəlil təqdim edilməyib.

Bununla belə, Avropa İttifaqından (Aİ) və bəzi Qərb ölkələrindən Rusiyaya qarşı tənqidlər səsləndirilib. Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Rusiya pilotsuz uçuş aparatlarının Polşanın hava məkanına daxil olması qəsdən edilib: “Ötən gecə Polşada müharibənin başlanğıcından (Rusiya-Ukrayna - red.) bəri Rusiya tərəfindən Avropa hava məkanının ciddi şəkildə pozulmasını müşahidə etdik və əlamətlər göstərir ki, bu təsadüfi deyil, qəsdən edilib”. O, Aİ-nin Polşa ilə tam həmrəyliyini ifadə edib və Ukraynaya dəstəyin artırılması, Avropanın müdafiəsinə investisiya qoyulmasının vacibliyini qeyd edib.

Böyük Britaniyanın Baş naziri Kir Starmer isə “Arzuedənlər koalisiyası”nın Rusiya Prezidenti Vladimir Putinə təzyiqi artırmağa davam edəcəyini bildirib. K.Starmer deyib ki, Rusiyanın pilotsuz uçuş aparatlarının  NATO üzvü olan ölkənin  ərazisinə müdaxiləsi son dərəcə narahatedici və məsuliyyətsiz addımdır. Baş nazir həmçinin polşalı həmkarı Donald Tuskla telefon danışığı apardığını və ona dəstəyini ifadə etdiyini söyləyib.

O vurğulayıb ki, bu insident Ukrayna xalqının üzləşdiyi çətinlikləri nümayiş etdirir. “Rusiya tərəfinin atdığı bu son dərəcə məsuliyyətsiz addım bizə Prezident Putinin sülhə qarşı açıq-aşkar etinasızlığını və günahsız ukraynalıların hər gün davamlı atəşə məruz qaldığını xatırladır”,-deyən K.Starmer əlavə edib ki, o və “Arzuedənlər koalisiyası” Ukraynada ədalətli və davamlı sülh əldə edilənə qədər Rusiyaya qarşı mövqeyini dəyişməyəcək.

NATO insidenti hücum kimi qiymətləndirmir?

ABŞ konqresmeni Co Vilson isə Rusiyanı Polşaya müharibə elan etməkdə ittiham edib və Rusiyaya zərbələr endirmək üçün Ukraynanı silahla təmin etməyə çağırıb. O, X səhifəsində yazıb: “İranın “Şahid” PUA-larının NATO üzvü olan Polşaya hücumu müharibə aktından başqa bir şey deyil”. Konqresmen  Tramp administrasiyasını dərhal bu cür hərəkətlərə qarşı durmağa çağırıb: “Rusiya hərbi maşınını məhv etməyə qadir olan sərt sanksiyaları təcili olaraq tətbiq etmək və Ukraynanı Rusiya ərazisinə zərbə endirməyə imkan verəcək silahlarla təmin etmək lazımdır. Kreml artıq təkcə Ukraynadakı müharibə ilə kifayətlənmir - indi Moskva “Rusiyanın sərhədləri olmadığını” bəyan etməklə NATO-nun qətiyyətini sınayır”.

“Reuters” agentliyi isə NATO-dakı mənbələrə istinadla yazıb ki, alyans Ukraynadakı müharibə fonunda Rusiya PUA-larının Polşanın hava məkanını pozması ilə bağlı insidenti hücum kimi qiymətləndirmir. Bu yanaşma, NATO-nun Rusiya ilə birbaşa qarşıdurmaya maraqlı olmadığını göstərir.

N.BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Sentyabr 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri