“Rusiya qara gündə heç kəsin köməyinə gələ bilməyəcək”
Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyanın xüsusi hərbi əməliyyat dövründə sürətlə genişlətdiyi müdafiə sənayesi 2025-ci ildə 70 milyard dollarlıq silah və hərbi texnika ixracı ilə yeni rekorda imza artıb. Peyklərin sayının 300-ə yüksəlməsi və 1000-dən çox yeni texnikanın döyüş şəraitində sınaqdan keçirilməsi Moskvanın hərbi-texnoloji ambisiyalarının daha da artdığını göstərir.
Bu sürətli hərbi-texnoloji inkişaf regionda qüvvələr balansına necə təsir edə bilər?
Bununla bağlı xalqcebhesi.az-a danışan hərbi ekspert Heydər Mirzə deyib ki, Rusiya-Ukrayna müharibəsi çox uzandı və hər iki tərəfi də taqətdən saldı: “Büdcələrin artırılması, peyklərin, hərbi-texniki vasitələrin, yeni yatırımların edilməsi, düşünürəm ki, bunlar faktiki operativ, qısamüddətli xarakter daşıyır. Yəni bu, tək Rusiyaya yox, Ukraynaya da aiddir. Bu, həyatda qalmaq mənasıdır, ölüm-dirim müharibəsi gedir. Hər iki tərəf bilir ki, müharibəni uduzması Ukraynanın halında işğal, Rusiyanın halında rejimin çökməsi və siyasi qeyri-stabillikdir deməkdir. Düşünürəm ki, Azərbaycan baxımından yanaşanda ilk növbədə biz Rusiya silahlarından imtina etməliyik. Göz qabağındadır ki, biz bu prosesə artıq çoxdan başlamışıq. Biz 2020-ci ildən sonra xəbərlərdə nə vaxtsa oxumuşuqmu ki, Azərbaycan tərəfindən hansısa böyük partiya Rusiya silahı alınıb? Şəxsən mən oxumamışam. İndi Kalaşnikov avtomatı səviyyəli olan şeyləri Azərbaycanın daxili sənayesi çoxdan özü istehsal edir. Yəni bu, sovet rus brendləri olsa da Azərbaycanda istehsal olunur. Amma ciddi silah sistemlərindən tank, top, raketi artıq Rusiyadan idxal etdiyimizi görmürəm”.
Ekspert əlavə edib ki, bu, həm hərbi-texniki təhlükəsizlik, bağımsızlıq və Qərbə, Türkiyəyə doğru bağlanmaq baxımından vacibdir, eyni zamanda, Rusiya bu saat ixrac hayında deyil və biz onlardan nəsə almaq istəsək də onların buna imkanı yoxdur: “Hazırda onlar özləri hər şeyi başqa ölkələrdən alırlar. Əgər bizə təcili, iri həcmdə texniki vasitələr lazım olsa, biz Rusiyadan ala bilməyəcəyik. Ona görə yenə də qeyd edirəm ki, biz Rusiyadan asılılığımızı azaltmalıyıq. Çünki Rusiya qara gündə heç kəsin köməyinə gələ bilməyəcək. Necə ki, 2020-ci ildə Ermənistanın köməyinə gəlmədi”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 15 Yanvar 2026 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















