Icma.az
close
up
RU
“Rusiya NATO ya qalib gələ bilməyəcək“ Rütte

“Rusiya NATO ya qalib gələ bilməyəcək“ Rütte

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Moskva məhdud hücumu "sabah da" başlada bilər, lakin NATO-nun cavabı dərhal və dağıdıcı olacaq..."

Rusiya sabah da hücuma başlaya bilər

NATO-nun Birləşmiş Qüvvələrinin operativ komandanlığının rəhbəri, alman general-leytenant Aleksandr Zolfrank "Reuters"-ə verdiyi müsahibədə qeyd edib ki, Rusiya ordusu sürətlə modernləşdirilir və Moskva qərar verdiyi halda, Alyansa qarşı məhdud hərbi əməliyyata "sabah da" başlaya bilər.

Onun sözlərinə görə, hazırda Rusiya Silahlı Qüvvələrinin böyük hissəsi Ukraynada cəmləşib və bu səbəbdən mümkün zərbə lokal, məhdud miqyasda ola bilər. Lakin 2029-cu ilə qədər Rusiyanın potensial hücum resursları əhəmiyyətli dərəcədə genişlənə bilər.

Zolfrank vurğulayıb ki, risk üç amildən asılıdır: ordunun real vəziyyəti, Rusiyanın cəbhədə əldə edəcəyi nəticələr və Kremlin siyasi qərarları. General əlavə edib ki, hücumun olub-olmayacağı yalnız Moskvadan deyil, NATO-nun öz mövqeyindən və davranışından da asılıdır.

NATO-nun mesajı: cavab dərhal və dağıdıcı olacaq

Alyansın baş katibi Mark Rütte CNN telekanalına müsahibəsində bildirib ki, Rusiya hansısa NATO ölkəsinə hücum edəcəyi təqdirdə, cavab dərhal və dağıdıcı olacaq. O, vurğulayıb ki, Kreml NATO ilə birbaşa qarşıdurmada qalib gələ bilməyəcəyini anlayır və buna görə də risk etməyə tələsmir. 

Rütte misal çəkərək bildirib ki, Rusiya Rumıniyaya hücum etsə, dərhal bütün 31 NATO ölkəsinin hərbi gücü - hava, dəniz və quru qoşunları Moskvanın qarşısında dayanacaq. Baş katib xatırladıb ki, NATO-nun əsas prinsipi olan 5-ci maddə - "bir üzvə hücum hamıya hücum deməkdir"  sadəcə siyasi bəyanat deyil, hərbi öhdəlikdir və lazım olduğu an tam həcmdə icra olunacaq.

Uzunmüddətli geosiyasi qarşıdurma

Rütte əlavə edib ki, Rusiya Qərblə uzunmüddətli toqquşmaya hazırlaşır və özünü tək hiss etməmək üçün digər avtoritar rejimlərlə - Çin, İran, Şimali Koreya və bir sıra başqa ölkələrlə strateji yaxınlaşma prosesinə gedir. Onun fikrincə, yaranmaqda olan bu blok yalnız Avropanın təhlükəsizliyi üçün deyil, beynəlxalq dünya nizamı üçün də real təhdiddir.

Buna görə NATO silah istehsalını artırır, hava hücumundan müdafiə sistemlərini yeniləyir, hərbi ehtiyatları böyüdür və müdafiə sənayesinə investisiyaları genişləndirir. Rütte müsahibəni belə yekunlaşdırıb: "Bu gün güc ən effektiv çəkindirici vasitədir. Nə qədər qətiyyətli və birləşmiş olsaq, bizi sınağa çəkməyə cəhd edənlər bir o qədər az olacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:285
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Noyabr 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri