Rusiya Qazaxıstan sərhədində kollaps 2500 yük maşını bu səbəbdən saxlanılıb
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Qazaxıstanın gömrük orqanları Rusiya sərhədində Çindən yük daşıyan 2500-ə yaxın yük avtomobilini saxlayıblar.
“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, sərhəddə çox kilometrlik tıxac yaranıb ki, bunun da səbəbi Qazaxıstan tərəfindən gömrük yoxlamalarının gücləndirilməsidir.
Qeyd olunur ki, Qazaxıstan rəsmiləri Rusiya maşınlarında sanksiyalara məruz qalan məhsulları axtarırlar. Problem sentyabrın ortalarından yaranıb. Elektronika, dronlar, geyimlər və s. xüsusi yoxlamadan keçirilir. Sonra geri qaytarılır. Oktyabrın əvvəllərindən isə vəziyyət daha da pisləşib. Hazırda Çindən gəlib Rusiya və Belarusa gedən yük maşınlarının hamısı yoxlamaya göndərilir.
Qazaxıstanda yoxlamaların sərtləşdirilməsi Prezident Kasım-Jomart Tokayevin ABŞ Prezidenti Donald Trampla bir neçə söhbətindən sonra başlayıb. Konkret olaraq, sentyabrın 7-də Tokayev Ağ Evə deyib ki, o, ABŞ-nin Qazaxıstan mallarına tətbiq etdiyi 25%-lik rüsumun ləğvi məqsədilə ticarət məsələlərini konstruktiv müzakirə etməyə hazırdır. Bundan əvvəl Qazaxıstanın Baş nazirinin müavini Serik Jumanqarin vurğulamışdı ki, Astana Qərbin Rusiyaya qarşı sanksiyalarını dəstəkləmir, lakin Moskvaya onlardan yan keçməyə kömək etməyəcək, çünki bu, ölkə iqtisadiyyatına “çox ağrılı” zərbə olacaq.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 15 Oktyabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















