Qazaxıstanla Rusiya sərhədində 2500 yük maşını...
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Antirusiya sanksiyalarına məruz qalan malların gömrük yoxlamalarının artırılması səbəbindən Qazaxıstan-Rusiya sərhədində 2500-ə yaxın yük maşını saxlanılır.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Lenta.ru” saytı məlumat yayıb.
Məlumata görə, problem sentyabrın ortalarında, Qazaxıstan gömrükçülərinin elektronika, dron və Qərb markalı məhsulların göndərilməsini dərindən yoxlamağa başlayanda yaranıb:
“Vəziyyət Çinin milli bayramları zamanı Çin-Qazaxıstan sərhədindəki keçid məntəqələrinin bağlanması ilə daha da gərginləşib. Bu gecikmələr 3-5 gün çəkir və şirkətləri tarifləri qaldırmağa, Rusiya-Çin sərhədindən alternativ yollar axtarmağa məcbur edir. Qazaxıstan və Çin arasındakı sərhəddə təxminən 10 000 yük maşını ilişib qalıb. İki ölkənin hakimiyyət orqanları yük daşımaları üçün icazələrin sayının artırılması ilə bağlı danışıqlar aparır”.
Baxış sayı:101
Bu xəbər 15 Oktyabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















