Rusiya qeyri demokratik ölkədir? Simonyanın “cavabı”
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanın qeyri-demokratik dövlət olub-olmadığı sualına cavab verməkdən imtina edib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Simonyan sualı yersiz adlandırıb və ona cavab verməkdən imtina edib.
Eyni zamanda, parlamentari Moskvaya səfəri zamanı Rusiya tərəfindən irəli sürülən hibrid təhdidlər barədə müzakirə apardığını bildirib:
“Dedim ki, onlar Ermənistanda hərbi əməliyyat keçirmək barədə danışırlar. Hər şeyi açıq şəkildə dedim. Həmişəki kimi, cavab verdilər ki, belə bir şey yoxdur, sadəcə fərdlər danışır. Mənə bunda maraqlı olmadıqlarını dedilər. Onları nəyin narahat etdiyini dedilər və hətta seçkidə bizə uğurlar arzuladılar”.
Simonyan onu qeyd edib ki, rəsmi dairələrin və medianın, o cümlədən dövlət mediasının münasibəti çox fərqlidir.
Qeyd edək ki, Paşinyan komandasının ən antirus kadrı sayılan Simonyan 4-7 fevral tarixlərində Rusiyada səfərdə olub.
Baxış sayı:143
Bu xəbər 10 Fevral 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















