Icma.az
close
up
RU
Alen Simonyanın arxayınçılığı

Alen Simonyanın arxayınçılığı

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Yaxud Rusiyanın “erməni sevdası”na güvənmək olarmı?

“Bütün məsələlər müzakirə olunacaq və həll ediləcək. Biz heç bir məsələ üzrə Rusiya ilə qarşıdurmaya getməyəcəyik, mübahisə etməyəcəyik”. Bu fikri Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında səsləndirib. Əlbəttə, Simonyan hansısa məqamı mübahisə kontekstindən kənar qiymətləndirə bilər. Başlıca məqam Rusiya tərəfinin Ermənistanla əlaqəli durumu məhz mübahisə və qarşıdurma olaraq görməsidir. Ən başlıca məqamı isə sonda açıqlayacağıq. 

Nəzərə alaq ki, 30 ilə yaxın müddətdə Ermənistan rəsmiləri nəinki Rusiya dövlətinin təmsilçiləri ilə hansısa mübahisə yaratmamışdılar, az qala, məzuniyyətə çıxanda da Moskvadan icazə almışdılar. Ona görə də hazırda rəsmi İrəvan təmsilçilərinin rahat davranmaları anti-Rusiya ritorikası kimi qəbul edilir. Hərçənd, sözügedən ritorikanın həqiqi mənada mövcudluğu da diqqətdən yayınmır. O zaman Simonyan iz azdırmaqlamı məşğuldur? Fikrimizcə, belə bir durum yoxdur. O zaman nə? İpucu verək ki, sonda açıqlayacağımız başlıca məqam məhz bu suala cavabla bağlıdır. 

Məsələ ondadır ki, hazırda Ermənistan Rusiya üçün, bir növ, şıltaq, yolunu azmış uşaq kimidir. Şimalda ölkənin Kremlin orbitindən çıxması reallığı ilə heç cür barışmırlar, üstəlik, “bəlkə də qayıtdılar” gözləntisi var. Təbii ki, rəsmi Moskva vurğunu bu məqamın üzərinə qoya bilməz. Hərçənd, rus ictimai rəyində Ermənistanı və erməniləri nankor obrazında qələmə verən təqdimatlara da rast gəlinməkdədir. Məsələn, Rusiya dövlətinin nümayəndələri qurumdakı təsirlərini nəzərdə alaraq dəfələrlə bildiriblər ki, Ermənistanın təhlükəsizliyinin qarantı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. O təşkilat ki, İrəvan ora üzv olsa da, faktiki olaraq, fəaliyyətini dondurub. Simonyanın isə bu il aprelin 4-də bir açıqlaması var ki, spiker həmin açıqlamada ölkəsinin təhlükəsizlik qarantı olaraq Azərbaycanın adını çəkir. Bəs Rusiya? Bəs KTMT?

Ermənistan Milli Assambleyası sədrinin bu fikri Rusiyada heç cür xoş qarşılanmadı. Hətta haqqında söz açdığımız nankor damğalarının sıralandığını da gördük. Ümumən, rəsmi İrəvan tərəfindən Moskvada qıcıq doğuran çoxsaylı açıqlamalar verilib və onların hər birinin üzərində dayanmaq lüzumsuzdur. Görünən dağa nə bələdçi? O zaman Simonyanın əvvəldə diqqətə çatdırdığımız fikri konkret hansı səbəbdən dilə gətirdiyi üzərində dayanaq. Amma əvvəlcə bir məqama toxunaq. 

Məlumdur ki, hazırda Azərbaycan–Rusiya münasibətləri rəvan müstəvidə deyil. 2024-cü ilin dekabrındakı məlum təyyarə olayı ilə bağlı tərəflər arasında hələ aradan qalxmayan soyuqluq yaranıb. Bununla əlaqəli bir sıra hadisə və prosesləri də görmüşük. Məsələn, Rusiyada Azərbaycana qarşı hərbi müdaxilə hədəli çağırışlar eşidilib. Bundan başqa, ölkənin ayrı-ayrı yerlərində, belə demək mümkünsə, azərbaycanlılara qarşı ayrı-seçkilik həyata keçirilib. Soydaşlarımız qəddar və qanunsuz münasibətlə, aşkar ədalətsizliklərlə üzləşiblər. O soydaşlarımız ki, iş adamları və sahibkarlardırlar. Görünür, Rusiyada kimlərsə zənn edib ki, bu sayaq davranışlarla ölkəmizə təzyiq göstərmək mümkündür. Əlbəttə, belə hesablamalar heç bir fayda vermədi və verə də bilməz. Azərbaycanın tutduğu ədalətli yoldan dönməsi mümkünsüzdür. 

Əlqərəz, indi erməni jurnalistlər İrəvanın Moskva ilə münasibətlərindəki gərginliyə fokuslanaraq Rusiyanın ənənəvi davranış xəttini yada salır və  Simonyana təxminən belə bir sual ünvanlayırlar: erməni biznesmenlər Rusiyada problemlərlə üzləşə bilərmi? Spiker cavabında əvvəldə diqqətə çatdırdığımız fikri dilə gətirib və eyni zamanda, bunları deyib: “Biz bütün məsələləri aradan qaldıracağıq və onları həll etməyə çalışacağıq. Biz Rusiya üçün heç bir təhlükə yaratmırıq, belə bir niyyətimiz də yoxdur. 

Əgər hansısa problemlər varsa, onlar bütün ölkələr arasında mövcuddur, müəyyən vaxtlarda kəskinləşir, digər vaxtlarda isə səngiyir”. Əlbəttə, A.Simonyan problemlərin istənilən dövlətin digər dövlətlə münasibətlərində meydana çıxa bilməsinin mümkünlüyünü çox doğru vurğulayır. Başqa nə desin? Şübhəsiz ki, o da Rusiya ilə bağlı durumun fərqli olduğunun fərqindədir. Axı Kremlin problemləri həlletmə sahəsində öz metodları var. Bunu erməni jurnalistlər də anlayırlar. Ola bilər, onlar azərbaycanlı biznesmenlərə və iş adamlarına təzyiqləri görüblər və eyni halın erməni biznesmenlər və iş adamları üçün yaşanacağından ehtiyatlanırlar. Elə isə keçək əvvəldə anons etdiyimiz başlıca məqama. 

Hesab edirik ki, nəinki hay jurnalistlərin, eləcə də Ermənistanın ictimai rəyinin digər təmsilçilərinin rəsmi İrəvanın Moskva ilə münasibətlərinə görə Rusiyadakı ermənilərin xoşagəlməz durumla üzləşəcəyini ehtimal edib ehtiyatlanmalarına əsas yoxdur. Çünki Rusiyada erməni sevdası var. O sevda o dərəcədə güclü fazaya malikdir ki, azərbaycanlı sahibkarların başlarına gətirilən oyunlarla erməni sahibkarların üzləşmələri qeyri-mümkündür. Şüb­həsiz, A.Simonyanın jurnalistlərin suallarını son dərəcə rahat və arxayın tərzdə cavablandırması da bu reallıqla, yəni Rusiyada olan və bitib-tükənmək bilməyən erməni sevdası ilə bağlıdır. 

Ə.RÜSTƏMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Aprel 2026 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri