Icma.az
close
up
RU
Rusiya Qod Nisanovla Araz Ağalarova problem yarada bilər?

Rusiya Qod Nisanovla Araz Ağalarova problem yarada bilər?

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlum olduğu kimi, fevralın 5-dən Rusiyada miqrantlarla bağlı qaydalar bir qədər də sərtləşdirilib. Daxili işlər orqanlarının əməkdaşlarına əcnəbilərin ölkədən inzibati qaydada çıxarılmasına dair səlahiyyətlər verilib, eləcə də miqrantlarla bağlı xüsusi miqrasiya reyestri işə salınıb. Rusiyada çox sayda azərbaycanlı miqrantın olduğunu nəzərə alsaq, sözügedən tədbirlər çərçivəsində bu ölkədə olan həmyerlilərimizin də ayrı-ayrı hüquq və azadlıqlarının məhdudlaşdırılmasının qaçılmaz olacağı aydındır. 

“Qafqazinfo” xəbər verir ki, Rusiyada əcnəbilərə, xüsusilə də azərbaycanlılara qarşı təzyiqlər yalnız miqrantarla kifayətlənmir. Belə ki, son günlərdə Rusiyada yaşayan və artıq bu ölkənin vətəndaşı olan azərbaycanlılar da hədəf obyektinə çevrilib. Üstəlik, həmyerlilərimizə qarşı çağırışlar ölkənin yüksəkvəzifəli məmurları tərəfindən rəsmi, qanunverici orqanlarda səsləndirilir.

Siyasi şərhçi Elxan Şahinoğlu da sosial şəbəkə hesabında rusiyalı deputatların azərbaycanlıların Rusiyadan qovulması çağırışları ilə bağlı paylaşım edib. O bildirib ki, rusiyalı parlamentarilər hətta “azərbaycanlıların diaspora təşkilatlarını dağıtmaq lazımdır” kimi ifadələr səsləndirir: “Bu arada, Rusiyadakı azərbaycanlı biznesmenləri də hədəf göstərir, Araz Ağalarov və Qod Nisanov kimi tanınmış iş adamlarına problem yaratmağı Kremlə “məsləhət” görürlər. Halbuki Rusiyadakı azərbaycanlı iş adamlarının mütləq əksəriyyəti yaşadıqları ölkənin vətəndaşlarıdır, Rusiya pasportunun daşıyıcılarıdır. Azərbaycan əleyhinə danışan Rusiya Dövlət Dumasındakı deputatların əksəriyyəti bu ölkənin hakim partiyasının üzvləridir. Deməli, elə Kremldəkilər də bunlar kimi düşünürlər. Bu kimi açıqlamaların ardınca, azərbaycanlı miqrantlara qarşı zorakılıq hallarının artacağını proqnozlaşdırmaq olar, hətta Rusiyadakı şovinist qüvvələrin yatmış hücrələrdən çıxaraq təxribatlara əl atacaqları da istisna deyil. Bütün bunlar ona görə baş verir ki, Kreml raketlə vurulan təyyarəyə və öldürülən insanlara görə məsuliyyət daşımaq istəmir”.

Rusiya Siyasi Tədqiqatlar İnstitunun direktoru Sergey Markov isə İTV-yə açıqlamasında bu çağırışların siyasi dairələrdən gəldiyini, əhalinin əksəriyyəti tərəfindən dəstəklənmədiyini vurğulayıb: “Rusiyada Azərbaycanəsilli iş adamlarının bizneslərinə qarşı hücumlarla bağlı çağırışlar Rusiya əhalisinin əksəriyyəti tərəfindən dəstəklənmir. Çoxları gözəl başa düşür ki, Rusiyada millətlərarası ədavəti qızışdırmağa imkan vermək olmaz. Əksəriyyət yaxşı başa düşür ki, Azərbaycan Rusiyaya yaxın, dost ölkədir. Rusiyanın bu ölkə ilə çoxillik dostluq və qonşuluq münasibətləri var. Hakimiyyəti təmsil edən insanlar anlamalıdırlar ki, milli zəmində Rusiya vətəndaşlarına qarşı repressiyalara çağırışlar ölkə qanunlarının kobud şəkildə pozulması deməkdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Fevral 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri