Icma.az
close
up
RU
Rusiya Qod Nisanovla Araz Ağalarova problem yarada bilər? VİDEO

Rusiya Qod Nisanovla Araz Ağalarova problem yarada bilər? VİDEO

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Məlum olduğu kimi, fevralın 5-dən Rusiyada miqrantlarla bağlı qaydalar bir qədər də sərtləşdirilib.

Daxili işlər orqanlarının əməkdaşlarına əcnəbilərin ölkədən inzibati qaydada çıxarılmasına dair səlahiyyətlər verilib, eləcə də miqrantlarla bağlı xüsusi miqrasiya reyestri işə salınıb. Rusiyada çox sayda azərbaycanlı miqrantın olduğunu nəzərə alsaq, sözügedən tədbirlər çərçivəsində bu ölkədə olan həmyerlilərimizin də ayrı-ayrı hüquq və azadlıqlarının məhdudlaşdırılmasının qaçılmaz olacağı aydındır.

Bakupost.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Rusiyada əcnəbilərə, xüsusilə də azərbaycanlılara qarşı təzyiqlər yalnız miqrantarla kifayətlənmir. Belə ki, son günlərdə Rusiyada yaşayan və artıq bu ölkənin vətəndaşı olan azərbaycanlılar da hədəf obyektinə çevrilib. Üstəlik, həmyerlilərimizə qarşı çağırışlar ölkənin yüksəkvəzifəli məmurları tərəfindən rəsmi, qanunverici orqanlarda səsləndirilir.Siyasi şərhçi Elxan Şahinoğlu da sosial şəbəkə hesabında rusiyalı deputatların azərbaycanlıların Rusiyadan qovulması çağırışları ilə bağlı paylaşım edib. O bildirib ki, rusiyalı parlamentarilər hətta “azərbaycanlıların diaspora təşkilatlarını dağıtmaq lazımdır” kimi ifadələr səsləndirir: “Bu arada, Rusiyadakı azərbaycanlı biznesmenləri də hədəf göstərir, Araz Ağalarov və Qod Nisanov kimi tanınmış iş adamlarına problem yaratmağı Kremlə “məsləhət” görürlər.

Halbuki Rusiyadakı azərbaycanlı iş adamlarının mütləq əksəriyyəti yaşadıqları ölkənin vətəndaşlarıdır, Rusiya pasportunun daşıyıcılarıdır. Azərbaycan əleyhinə danışan Rusiya Dövlət Dumasındakı deputatların əksəriyyəti bu ölkənin hakim partiyasının üzvləridir. Deməli, elə Kremldəkilər də bunlar kimi düşünürlər. Bu kimi açıqlamaların ardınca, azərbaycanlı miqrantlara qarşı zorakılıq hallarının artacağını proqnozlaşdırmaq olar, hətta Rusiyadakı şovinist qüvvələrin yatmış hücrələrdən çıxaraq təxribatlara əl atacaqları da istisna deyil. Bütün bunlar ona görə baş verir ki, Kreml raketlə vurulan təyyarəyə və öldürülən insanlara görə məsuliyyət daşımaq istəmir”.Rusiyalı ictimai siyasi xadimlər dusunur ki bu cur milletci cagirislar en birinci rusiyanin ozune zerer verer.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Mart 2025 00:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri