“Rusiya raketi Polşa ərazisinə düşüb”
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Polşanın Lublin bölgəsinin Tarnavı-Koloniya yaşayış məntəqəsi yaxınlığına naməlum obyekt düşüb.
“Qafqazinfo” Polşanın TVP Info telekanalına istinadən xəbər verir ki, hadisə iyulun 30-na keçən gecə yerli vaxtla saat 03:40 (Bakı vaxtı ilə 05:40) radələrində baş verib.
Daha sonra yaşayış məntəqəsinin ərazisində yerləşən tarlada diametri 10 m olan krater və qalıqlar aşkar edilib.
Polşanın Baş naziri Donald Tusk sözügedən obyektin Rusiya istehsalı olan qanadlı raket olduğunu bildirib.
“Hazırda hər şey ondan xəbər verir ki, bu, Rusiyanın X-101 ballistik raketidir”, - Tusk deyib.
Bununla belə, hökumət başçısı ölkə ərazisinə düşmüş obyektin qalıqlarının ətraflı ekspertizasının nəticələrinin hələ hazır olmadığını etiraf edib.
Raketin Rusiyanın Ukrayna ərazisinə endirdiyi son zərbələr zamanı Polşa ərazisinə düşdüyü güman edilir.
Qeyd edək ki, iyulun 30-na keçən gecə Rusiya Ukraynanın müxtəlif regionlarına genişmiqyaslı hücum həyata keçirib. Hücuma məruz qalan bölgələr arasında Ukraynanın Polşa ilə sərhəddə yerləşən qərb vilayətləri də var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 30 İyul 2026 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















