Ukraynaya atılan Rusiya dronu Moldova ərazisinə düşüb
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Moldova bazar ertəsi bildirib ki, Rusiyanın Ukraynaya hücumu zamanı Kopanka kəndinin cənub-şərqində vurulan pilotsuz uçuş aparatı onun hava məkanını keçib və partlayıb.
XQ xəbər verir ki, Moldova Xarici İşlər Nazirliyinin “Telegram” kanalında yayımlanan açıqlamada Ukraynanın Odessa bölgəsinə Rusiyanın hava hücumları zamanı Moldovanın hava məkanının “ciddi və qəbuledilməz pozulmasının” baş verdiyi bildirilib və bu insident pislənilib.
Nazirlik bəyan edib: “Bu yeni hadisə Moldova Respublikasının hava məkanının ciddi və qəbuledilməz şəkildə pozulmasıdır, həmçinin Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzkar müharibəsinin vətəndaşlarımızın və bütün regionun təhlükəsizliyinə birbaşa risklər yaratdığını bir daha təsdiqləyir”.
XİN bildirib ki, Moldova suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü müdafiə etməyə sadiq qalır, ölkənin təhlükəsizliyini və bu cür təhdidlərə qarşı müqavimətini gücləndirmək üçün beynəlxalq tərəfdaşlarla işləməyə davam edəcək.
Rusiya tərəfi Moldovanın bəyanatına münasibət bildirməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 13 İyul 2026 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















