Icma.az
close
up
RU
“Rusiya rasional dünya nizamını təklif edir“ “Advance“

“Rusiya rasional dünya nizamını təklif edir“ “Advance“

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Moskva beynəlxalq hüququn Qərbin maraqlarına uyğun deyil, bütün dövlətlərə bərabər şəkildə tətbiq olunmasını tələb edir..."

Tramp Amerikası bütün qaydaları sındırır, Avropa isə çaşqınlıq içindədir və sabitliyin qayıdacağına ümid edir. 

Moderator.az xəbər verir ki, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov Xorvatiyanın "Advance" nəşrinə geniş müsahibəsində bəyan edib.

Yalta Konfranının 80 illiyi ilə əlaqədar olaraq verdiyi müsahibəsində Sergey Lavrov bəyan edib ki, Rusiya Federasiyası BMT Nizamnaməsinə əsaslanan qaydalı bir dünya nizamını təklif edir.

Trampın qayıdışı və Qərbin böhranı

Donald Trampın mümkün ikinci prezidentliyi, xüsusən Avropa üçün yeni paradoks yaradır. O, ABŞ-ın "universal dəyərlər"- beynəlxalq hüquq, demokratiya və BMT-nin əsas rolu kimi prinsiplərə sadiqliyinin, sadəcə, görüntü olduğunu nümayiş etdirir. Hətta əvvəlki administrasiyalar bu qaydaları pozsa da, ABŞ-ın beynəlxalq imici "Qərb dünyasının dayağı" kimi qalıb. Tramp isə artıq bu görüntünü də məhv etməyə hazırdır.

Avropa bu proseslərə ancaq müşahidəçi kimi yanaşır, ümid edir ki, 2028-ci ildə ABŞ-da hər şey "köhnə vəziyyətinə" qayıdacaq. Lakin belə davam edərsə, Avropa dörd il ərzində daha da zəifləyə, Ukrayna münaqişəsi isə uzana bilər.

"Sabitlik üçün qaydalara əməl olunmalıdır..."

Rusiyanın bu vəziyyətdə mövqeyi gözlənilməzdir: Moskva Qərbin qaydaları pozmasına qarşı çıxır və nizam-intizam tələb edir. Lavrov vurğulayır ki, yalnız beynəlxalq hüquq və BMT Nizamnaməsinə riayət edən sistem dünyada sabitliyi təmin edə bilər.

Rusiya üçün BMT Nizamnaməsi təkcə diplomatik sənəd deyil, beynəlxalq güc balansının təminatıdır. Moskva inanır ki, çoxqütblü dünya yalnız böyük güclər arasında qarşılıqlı razılaşmalar əsasında mümkündür.

Lavrovun sözlərinə görə, ABŞ-ın beynəlxalq hüququ yalnız öz maraqlarına uyğun tətbiq etməsi artıq yeni dünya nizamının qaçılmaz olduğunu sübut edir.

BMT-nin islahatı və "qlobal çoxluq"

Rusiya BMT-nin Təhlükəsizlik Şurasının islahatını dəstəkləyir və hesab edir ki, daha çox Asiya, Afrika və Latın Amerikası ölkələri daimi üzvlük qazanmalıdır. Lavrov vurğulayır ki, Qərb ölkələri (Almaniya, Yaponiya və s.) ABŞ-ın təsiri altında olduqları üçün onların Təhlükəsizlik Şurasına daimi üzv olması tarixi ədalətsizlik olardı.

Lavrov bildirir ki, dünya ölkələrinin əksəriyyəti olan "qlobal çoxluq" artıq BMT sisteminin modernləşdirilməsini tələb edir. Əgər islahatlar aparılmasa, beynəlxalq nizam dağılacaq.

Ukrayna və Qərbin "qaydalar əsasında nizamı"

Lavrov Ukrayna münaqişəsini ABŞ-ın BMT Nizamnaməsini tamamilə nəzərə almadan hərəkət etməsinin nəticəsi kimi qiymətləndirir. O, Tramp administrasiyasının gələcəkdə "qaydalara əsaslanan dünya nizamını" tamamilə rədd edə biləcəyini də istisna etmir.

Buna baxmayaraq, Lavrov hesab edir ki, beynəlxalq arenada yeni güc mərkəzlərinin- Çin, Hindistan, Afrika və Latın Amerikası ölkələrinin artan rolu ABŞ-ın hegemoniyasına imkan verməyəcək.

Beləliklə, Rusiya çoxqütblü dünya üçün qaydaların qorunmasını istəyir. Lavrovun əsas mesajı budur: Rusiya nizamsızlığı yox, qaydalı və balanslı dünya düzənini müdafiə edir. O, hesab edir ki, yalnız BMT Nizamnaməsinə əsaslanan diplomatik sistem müharibələrin qarşısını ala bilər.

Moskva beynəlxalq hüququn Qərbin maraqlarına uyğun deyil, bütün dövlətlərə bərabər şəkildə tətbiq olunmasını tələb edir. Lavrov vurğulayır ki, əks halda dünya xaosa sürüklənəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Fevral 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri