Icma.az
close
up
RU
Rusiya sanksiyalara görə Türkiyədə “dollar ehtiyatı” yaratmağa cəhd edib WSJ

Rusiya sanksiyalara görə Türkiyədə “dollar ehtiyatı” yaratmağa cəhd edib WSJ

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2022-ci ildə Rusiya Türkiyədə "Akkuyu” Atom Elektrik Stansiyasının tikinti layihəsindən istifadə edərək "ofşor dollar ehtiyatı” yaratmağa çalışıb. Bu sxem Moskvanın sanksiyalardan yayınmasına kömək etməli idi.  

Qaynarinfo xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumatlı mənbələrə istinadən yazır.  

Onların sözlərinə görə, bu sxemin qurulmasında yüksək vəzifəli Rusiya rəsmiləri, o cümlədən Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ətrafından olan məmurlar, xüsusilə onun ən yaxın müşavirlərindən biri, Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın iştirak ediblər.  

Plana əsasən, həmin dövrdə ABŞ sanksiyalarına məruz qalmayan Qazprombank "Rosatom”un həyata keçirdiyi "Akkuyu” layihəsi üçün təxminən 9 milyard dollar kredit ayırmalı idi.  

Bu vəsaitlər əvvəlcə iki Amerika bankı – JPMorgan və Citigroup vasitəsilə Türkiyənin ən böyük dövlət bankı olan Ziraat Bankasındakı AES hesabına köçürülməli, sonra isə həmin bankda yerləşən Rusiya şirkətlərinin hesablarına yönləndirilməli idi.  

WSJ qeyd edir ki, bu halda Moskva ABŞ vasitəsilə tranzaksiyalar aparmaq zərurətindən yayına bilərdi. Krediti gizli şəkildə Rusiya Mərkəzi Bankının maliyyələşdirməsi nəzərdə tutulurdu. Türkiyənin bu sxemdə maraqlı olması isə ölkənin sürətlənən inflyasiya ilə mübarizə aparmaq üçün lazımi dollarları cəlb etmək istəyilə bağlı idi.  

WSJ-nin yazdığına görə, 2022-ci ilin yayında Rusiyaya Türkiyəyə 5 milyard dollardan çox vəsait köçürmək müyəssər olub. Lakin bu, ABŞ Ədliyyə Nazirliyinin diqqətini çəkib və JPMorgan vasitəsilə planlaşdırılan növbəti 2 milyard dollarlıq tranzaksiya bloklanıb. Bu vəsaitlər dondurulub və 2024-cü ildə prokurorlar pulların müsadirəsi üçün mülki iddia qaldırmaq imkanını araşdırmağa başlayıblar. Lakin ABŞ prezidenti Co Baydenin administrasiyası bunun Türkiyə ilə münasibətləri daha da pisləşdirə biləcəyindən ehtiyat edərək prosesi dayandırıb.  

Xatırladaq ki, uzun illərdən sonra ilk dəfə Rusiya dünya taxıl bazarında lider mövqeyini itirmək təhlükəsi ilə üz-üzədir. 2025-ci ildə ölkənin xaricə taxıl ixracı üçdə bir nisbətində azalacaq.

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Fevral 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri