Icma.az
close
up
RU
Türkiyədə dollar durmadan bahalaşır KONKRET

Türkiyədə dollar durmadan bahalaşır KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə lirəsi ardıcıl 27-ci həftə tarixi minimumunu yeniləyir. Bildirilir ki, milli valyutanın dollar qarşısında rekord səviyyədə ucuzlaşması Türkiyə ilə yanaşı, onun iqtisadi və siyasi təsir dairəsində olan ölkələr üçün də mühüm nəticələr yarada bilər.

Lirənin belə sürətli dəyər itkisi bölgəyə, o cümlədən Azərbaycana nə vəd edir? Türkiyə lirəsinin ucuzlaşması bölgədə iqtisadi balansı dəyişə bilərmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, lirənin ucuzlaşması yeni və ya gözlənilməz hal deyil:

“Artıq uzun illərdir lirə dəyər itirir. Sadəcə, 2022-2023-cü illərdə pandemiyanın təsiri ilə bu proses daha sürətli baş verirdi. Lirənin ucuzlaşması Azərbaycanın Türkiyədən idxal etdiyi malların manat ifadəsində daha ucuz başa gəlməsi deməkdir. Bu isə Türkiyədən məhsul idxalını stimullaşdırır. Əvvəllər Türkiyə mallarını və ya bu ölkədə istirahəti baha hesab edən insanlar lirənin ucuzlaşması səbəbindən bunlardan daha sərfəli qiymətlərlə yararlana bilirlər. Çünki qiymətlər əsasən lirə ilə formalaşır. Bunun əksinə olaraq, lirənin dəyər itirməsi Türkiyəyə ixracı müəyyən qədər çətinləşdirir. Azərbaycandan Türkiyəyə məhsul satanlar üçün həmin malların lirə ilə qiyməti yüksəlmiş olur ki, bu da rəqabət qabiliyyətini azalda bilər”.

İqtisadçı bildirib ki, Türkiyə mənşəli məhsul və xidmətlərin ucuzlaşması idxal inflyasiyasının səviyyəsini də müəyyən qədər aşağı salır:

“Lakin bunun müqabilində Türkiyə bazarına məhsul çıxarmaq istəyən ixracatçıların işi bir qədər çətinləşir. Bütün hallarda lirənin ucuzlaşmasının iqtisadi balansda ciddi dəyişiklik yaradacağı gözlənilmir. Çünki lirə təxminən 23 ildir dəyər itirir və ölkə iqtisadiyyatı bu şəraitə uyğunlaşmağı bacarıb. Həm Türkiyənin özü, həm də ticarət tərəfdaşları məzənnə və inflyasiya risklərini nəzərə alaraq fəaliyyət göstərirlər. Müqavilələr, qiymət siyasəti və istehsal xərcləri də bu reallığa uyğun şəkildə idarə olunduğundan, lirənin növbəti ucuzlaşmasının ciddi problemlər yaratması gözlənilmir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 İyul 2026 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see263

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see262

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see241

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see233

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see230

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see224

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see221

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see220

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see206

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see203

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see197

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see193

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see186

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see183

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see182

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see175

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see174

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see168

Elm sərhədləri aşır: Bakı beynəlxalq tibb dünyasını bir araya gətirəcək

02 Oktyabr 2026 21:47see157

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri