Rusiya səfiri Ukraynaya hücumlarla bağlı Macarıstan XİN ə çağırılıb
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın Budapeştdəki səfiri ölkəsinin Silahlı Qüvvələrinin Ukraynanın qərbinə zərbəsindən sonra Macarıstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə Macarıstanın Baş naziri Peter Madyar bildirib.
"Macarıstan hökuməti Zakarpatiyadakı pilotsuz təyyarə hücumunu qətiyyətlə pisləyir. Macarıstanın xarici işlər naziri Anita Orban Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb", - o deyib.
Daha əvvəl Rusiya Silahlı Qüvvələrinin Ukraynanın qərb bölgələrinə kütləvi hava hücumu təşkil etdiyi bildirilib. Hücum zamanı Volınsk və Zakarpatiya bölgələrində yaşayış binalarına və vacib infrastruktura zərbələr endirilib.
Ukrayna lideri Volodimir Zelenski bildirib ki, Rusiya 800-dən çox pilotsuz təyyarədən istifadə edərək ölkəsinə ən uzunmüddətli hava hücumlarından birini həyata keçirib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 13 May 2026 21:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















