Icma.az
close
up
RU
Macarıstan səfiri Ukrayna XİN ə çağırılıb

Macarıstan səfiri Ukrayna XİN ə çağırılıb

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Macarıstan səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.
APA xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
Macarıstan XİN rəhbərinin sözlərinə görə, buna səbəb Macarıstanın Ukraynaya 800 milyard dollar yardıma qarşı çıxmasıdır.

O qeyd edib ki, Ukrayna hökumətinin təzyiqinə baxmayaraq, Macarıstan gələcək 10 il ərzində Avropa İttifaqı vasitəsilə Ukraynaya 800 milyard dollar maliyyə yardımına qoşulmayacaq.

Siyarto əlavə edib ki, Ukrayna hökuməti Macarıstanın daxili işlərinə kobud müdaxilə edir və ölkəyə təzyiq göstərməyə çalışır.

“Ukraynalılar indi Macarıstana təzyiq göstərməyə davam edirlər. Onlar səfirimizi Kiyevə çağırdılar ki, Macarıstanın milli petisiyasında 800 milyard dollar yardıma qarşı imza toplanmasına etiraz etsinlər”, – Siyarto bildirib.

Nazir vurğulayıb ki, bu addım Macarıstanın daxili işlərinə açıq müdaxilədir.

“Macarıstan xalqının vəsaitlərinin necə xərclənəcəyinə yalnız biz qərar veririk. Biz Macarıstan xalqının pulunu Ukraynaya göndərməyə razı deyilik. Bu vəsaitlər ölkədə qalmalı və ölkənin inkişafına, o cümlədən macar ailələrinə dəstək üçün istifadə olunmalıdır,” – o əlavə edib.

Siyarto, eyni zamanda, bildirib ki, Ukrayna Zakarpatiyada Macarıstan hökumət rəsmilərinin səfərlərini məhdudlaşdırmağı planlaşdırır.

“Bu, Avropa dəyərlərinə və qaydalarına zidd, anti-Macarıstan addımıdır. Onlar Macarıstan hökuməti ilə Zakarpatiyadakı macar icması arasında əlaqələri məhdudlaşdırmaq istəyirlər,” – nazir qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://apa.az
archiveBu xəbər 21 Yanvar 2026 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri