Icma.az
close
up
RU
Rusiya sentyabrın 11 dən qanuni statusu olmayan əcnəbiləri deportasiya edəcək

Rusiya sentyabrın 11 dən qanuni statusu olmayan əcnəbiləri deportasiya edəcək

Azertag saytına istinadən Icma.az xəbər verir.

Moskva, 10 sentyabr, AZƏRTAC

Rusiyada qalmaq üçün hüquqi əsaslarını itirmiş əcnəbi vətəndaşlar yalnız sentyabrın 10-da günün sonuna qədər öz hüquqi statuslarını sərbəst şəkildə tənzimləyə biləcəklər. Bundan sonra onlar bu ölkədən deportasiya ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirlik xatırladıb ki, Rusiya Federasiyası Prezidentinin belə bir imkan yaradan müvafiq fərmanının müddəti sentyabrın 10-da başa çatır. Sentyabrın 11-dən qaydaları pozanlara qarşı qanunla nəzərdə tutulmuş bütün tədbirlər, o cümlədən Rusiyaya yenidən girişə qadağa qoyulması tətbiq olunacaq.

Daxili İşlər Nazirliyi bildirib ki, bu, müvəqqəti yaşamaq icazəsi almaq hüququ olan və ya öz ölkəsində daimi qeydiyyatı olduqda Rusiya vətəndaşlığı üçün müraciət edən Ukrayna vətəndaşlarına da aiddir. Sabahdan etibarən qanunu pozan əcnəbilərə nikahı qeydiyyata almaq və ya pozmaq, uşaqları uşaq bağçalarına və məktəblərə yerləşdirmək, nəqliyyat vasitələrini idarə etmək və digər sosial əhəmiyyətli xidmətlərdən istifadə qadağan ediləcək.

Nazirlik qeyd edib ki, əcnəbi vətəndaşlar yaşadıqları yer üzrə Daxili İşlər Nazirliyinin pasport-viza mərkəzinə və ya ən yaxın miqrasiya idarəsinə, Moskvada isə “Saxarovo” miqrasiya mərkəzinə müraciət edərək statuslarını tənzimləyə bilərlər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Sentyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri