Icma.az
close
up
RU
Rusiya şirkəti AZAL ın vurulan təyyarəsinə görə təzminat ödəyib

Rusiya şirkəti AZAL ın vurulan təyyarəsinə görə təzminat ödəyib

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az bildirir ki, “AlfaStarxovanie” şirkətindən Rusiyanın “İnterfaks” nəşrinə verilən məlumata görə, sığorta şirkəti sərnişinlərə dəyən ziyana görə ödənişlər həyata keçirir.
“Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” təyyarəsi, eləcə də daşıyıcının sərnişinlər qarşısında məsuliyyəti “AlfaStraxovanie” şirkəti tərəfindən sığortalanıb”, - şirkətin aviasiya və kosmik sığorta üzrə baş direktorunun müavini İlya Kabaçnik nəşrə açıqlamasında deyib.
Onun sözlərinə görə, riskin əsas hissəsi Rusiya Milli Təkrar Sığorta Şirkəti (RNRC) tərəfindən təkrar sığortalanıb. Fevral ayında təyyarənin tam sığorta məbləği həcmində ödəniş həyata keçirilib.
Lakin o, aviasiya sığortası üzrə ödənişin məbləğini açıqlamayıb. Kabaçnik sığortaçının bədbəxt hadisə ilə bağlı rəsmi araşdırmanın başa çatmasının nəticələrini gözləmədən ödənişləri etdiyinin səbəbinə də aydınlıq gətirib.
- Qəza ilə bağlı araşdırma davam etsə də, ödənişləri həyata keçimək üçün kifayət qədər məlumatımız var. Sığortaçı kimi bizim üçün təyyarənin həlakı vacibdir ki, bu da şübhə doğurmur. Müharibə və terror riskləri də sığortalandığı üçün aviaşirkət istənilən halda təzminat alır”, - İlya Kabaçnik vurğulayıb.
“AlfaStraxovaniye” həmçinin bildirib ki, şirkət bu ilin yanvar ayından zərərçəkmişlər və onların qanuni nümayəndələrinə daşıyıcının məsuliyyət sığortası üzrə sərnişinlərə dəyən zərər və sığorta ödənişləri üzrə hesablamalara başlayıb və bu işi davam etdirir.
“AZAL-ın Bakı-Qroznı reysi zamanı sərnişinlərin daşınması həm Azərbaycanın, həm də Rusiyanın qoşulduğu 1999-cu il beynəlxalq Monreal Konvensiyası ilə tənzimlənir. “AlfaStrakhovanie” ilə AZAL arasında bağlanmış müqavilə Rusiyaya uçuşlar həyata keçirərkən riskləri əhatə etdiyi üçün ödənişlər də OSQOP N67-FZ Rusiya qanunvericiliyinə uyğun olaraq həyata keçirilir”, – İlya Kabaçnik deyib.
Bu qanuna əsasən həyat və sağlamlığa dəyən zərərə görə ödənişlər üzrə məhdudiyyətlər 2 milyon rubl məbləğində müəyyən edilir, ödənişlər təqdim olunmuş sənədlər paketi əsasında tez həyata keçirilə bilər.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://azvision.az
archiveBu xəbər 04 Mart 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri