Icma.az
close
up
RU
Putin Kadırovu qurban verir: AZAL ın vurulan təyyarəsinə görə CƏZA

Putin Kadırovu qurban verir: AZAL ın vurulan təyyarəsinə görə CƏZA

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putinə yenidən Kadırovu qurban vermək və problemlərin həllini onunla dəyişmək təklif edilib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiyanın “Telegram” kanalları yazıb. 

Məlumata görə, hələ dekabr ayında Rusiya Prezident Administrasiyasının bir sıra nüfuzlu nümayəndələri “Azərbaycan Hava Yolları”nın vurulan təyyarəsinə görə Ramzan Kadırovun qurban verilməsini (işdən çıxarılaraq nümunəvi şəkildə cəzalandırılması) təklif etmişdilər. İndi isə Vladimir Putin Çeçenistan liderinin məsuliyyətə cəlb edilməsi üçün yeni təklif alıb.

“Kadırov Rusiya üçün faydasız və hətta zərərlidir. O, Suriyanın yeni hakimiyyət orqanları ilə danışıqlarda tamamilə uğursuz olub və onların etimadını doğrultmayıb. Onun Çeçenistanın rəhbəri olması faktının özü Azərbaycanla münasibətləri korlamaqda davam edir. Bununla bağlı nəsə etmək lazımdır", - Kremldəki mənbə deyib.

Onun sözlərinə görə, Prezidentə bir sıra problemlərin həlli müqabilində Kadırovu “mübadilə etmək” təklif olunub. “Birincisi, onu istefaya göndərmək şousu yaratsaq, bu, azərbaycanlı tərəfdaşlarımızla problemləri həll edə bilər. 

Ən azından qismən həll edər. İkincisi, bu, Ukrayna böhranı ilə bağlı Qərblə danışıqlara kömək etməlidir", - mənbə deyib.

Başqa bir mənbə hesab edir ki, amerikalılarla danışıqlara başlamazdan əvvəl Kadırovu nəinki tutduğu vəzifədən uzaqlaşdırmaq, hətta onun bir neçə tərəfdaşının “başını  Qərbə vermək” danışıqlar prosesində ciddi uğur və yaxşı başlanğıc hesab oluna bilər. Mənbə “baş vermək” ifadəsi ilə nə demək istədiyini açıqlamayıb.

Putin bu təklifləri dinləsə də, heç bir cavab verməyib. Əksər mənbələr hesab edir ki, Vladimir Putin ən azı ciddi şəkildə Çeçenistanın rəhbərini dəyişdirməyi düşünə bilər.

Xəzər
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Fevral 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri