Icma.az
close
up
RU
RUSİYA SOSİAL İQTİSADİ BÖHRAN MƏNGƏNƏSİNDƏ Putinin ümidləri necə puç olur?

RUSİYA SOSİAL İQTİSADİ BÖHRAN MƏNGƏNƏSİNDƏ Putinin ümidləri necə puç olur?

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Kremlin hər il böyük ümidlərlə təşkil etdiyi və Rusiyanın beynəlxalq iqtisadi mövqeyini nümayiş etdirməyə çalışdığı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu bu dəfə ölkənin iqtisadi reallıqlarının sərt etirafları ilə yadda qaldı.

“AzPolitika” “Radio Svoboda”ya istinadla xəbər verir ki, forum çərçivəsində çıxış edən Rusiya iqtisadiyyat naziri Maksim Reşetnikov açıq şəkildə bildirib ki, ölkə tənəzzülə doğru gedir. "Rəqəmlərə görə, bəli, indi bizdə yavaşlama var. Biz tənəzzülə keçidin astanasındayıq", – deyə nazir bəyan edib.

Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina da oxşar fikirlərlə çıxış edib: "Azad əmək resurslarından istifadə artıq sona çatır. Yeni inkişaf modelinə ehtiyac var".

"Sberbank" rəhbəri Qerman Qref isə mövcud vəziyyəti "ideal fırtına" adlandırıb.

Müharibənin iqtisadi xərcləri: artım yoxsa böhran?

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsi artıq 40 aydır davam edir. Bu müddətdə ölkə iqtisadiyyatı hərbi sənayeyə yönəldilmiş milyardlarla rubl hesabına süni artım yaşayıb. Müdafiə sektoruna böyük investisiyalar, hərbçilər və işçilər üçün yüksək maaşlar bir tərəfdən sosial sabitlik görüntüsü yaradıb, digər tərəfdən isə inflyasiyanı alovlandırıb.

Nəticədə Mərkəzi Bank uçot dərəcəsini 21 faizə qədər qaldırmalı olub. Rəsmilər inflyasiyanı cilovlamaq üçün sərt monetar siyasətə üstünlük verirlər. Lakin bu, iqtisadi yavaşlamanı daha da dərinləşdirir.

Rəqəmlər nə deyir?

Rəsmi məlumatlara görə, 2024-cü ilin ilk üç ayında ÜDM cəmi 1.4 faiz artıb. Halbuki, ötən ilin son altı ayında artım 4.4 faiz idi. Rusiya hökuməti 2025-ci ildə ÜDM-in 2 faiz artacağını gözləyir. Lakin Beynəlxalq Valyuta Fondu bu rəqəmi 1.5 faiz kimi qiymətləndirir. İşsizlik tarixi minimum - 2.3 faiz səviyyəsində olsa da, bu göstərici real vəziyyəti əks etdirmir. Çünki bir çox kişi əhali mülki sektordan orduda xidmətə cəlb edilib. Eyni zamanda, istehsalatdan kənarda qalan sahələrdə yavaşlama daha açıq görünür.

Əməkhaqqı böhranı və sosial narazılıq

İqtisadçılar xəbərdarlıq edirlər ki, yavaşlayan iqtisadiyyat gəlirlərin azalmasına səbəb olacaq. Artıq bir çox müəssisə maaşların ödənilməsində gecikmələrə başlayıb. Regionlarda könüllü döyüşçülərə verilən bonusların azaldılması da yerli iqtisadi çətinliklərin dərinləşdiyinə işarədir. Rusiya mediası yazır ki, ev təsərrüfatları artan qiymətlər və gəlir itkisi fonunda çətin günlər yaşayır. İndiyədək artan maaşlar vasitəsilə müharibəyə loyal münasibət formalaşdırılmışdı. Bu sistemin sarsılması narazılıqları da artıra bilər.

Putin israr edir, amma neft ümidləri azalır

Bütün bu mənzərəyə baxmayaraq, Prezident Vladimir Putin müharibədən geri çəkilmək niyyətində deyil. O, müdafiə və təhlükəsizlik sahəsinə 2025-ci ildə rekord – 13.1 trilyon rubl (144 milyard dollar) ayırıb. Bu, ÜDM-in 6.3 faizinə bərabərdir və sovet dövründən bu yana görünməmiş rəqəmdir.

Amma bir ciddi risk var: neft qiymətləri düşür. Rusiya üçün əsas gəlir mənbəyi olan enerji ixracı zəiflədikcə, büdcə balansı pozula bilər. Maliyyə Nazirliyi artıq neft gəlirləri ilə bağlı proqnozları aşağı salıb.

Yumşaq eniş, yoxsa kəskin böhran?

Ekspertlər bildirirlər ki, hazırda Rusiya iqtisadiyyatı "yumşaq eniş" mərhələsindədir. Lakin bu proses nəzarətdən çıxarsa, daha kəskin tənəzzüllə nəticələnə bilər. Forumda səsləndirilən pessimist ton, hökumət dairələrinin narahatlığı və beynəlxalq maliyyə institutlarının proqnozları göstərir ki, Rusiya iqtisadiyyatı artıq müharibənin ağır yükü altında əyilməyə başlayıb. Əgər neft qiymətləri daha da enərsə və sanksiyalar sərtləşərsə, bu eniş Putinin planlaşdırdığı "balanslı artım"dan çox, sosial-iqtisadi böhrana çevrilə bilər.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 İyul 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see177

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see175

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see154

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see134

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see131

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri