Rusiya Starlink ilə işləyən “ana dron” yaradıb, Telegram kanalları vasitəsilə satılır
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Rusiya şirkəti “KB Valkiriya” sərgisində yalnız radiokanalla deyil, həm də Starlink və ya mobil şəbəkələr vasitəsilə idarə oluna bilən RD-8 pilotsuz uçuş aparatını təqdim edib.
APA xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Məlumata görə, bu təqdimat Rusiyanın yeni hərbi texnologiyalarını izləyən “VD: Düşmənin Kəşfiyyatı” təşkilatının diqqətini çəkib.
İstehsalçının saytında RD-7, RD-8, RD-10 və RD-12 modellərindən ibarət pilotsuz uçuş aparatları seriyası təqdim olunur. Onlar çoxfunksiyalı platformalar kimi qeyd edilir. Bildirilir ki, kəşfiyyatçı, FPV dronları üçün “ana dron” və ya retranslyator rolunu oynaya bilərlər.
RD-8-in texniki göstəriciləri:
* Qanad açıqlığı – 3,8 m
* İki elektrik mühərriki və hibrid enerji qurğusu
* Yanacaq çəni – 5 litr benzin
* Çəkisi – konfiqurasiyadan asılı olaraq 30-35 kq
* Uçuş məsafəsi – 150 km-ə qədər
* Sürət – orta 80 km/saat, maksimal 200 km/saat
* Uçuş müddəti – 3-4,5 saat
Bu tip dron 3 kiloqramlıq döyüş başlığına malik iki FPV dronunu daşıya bilər. Seriyanın ən böyüyü isə qanad açıqlığı 5 metr olan və kəşfiyyat versiyasında 800 km-ə qədər uçuş məsafəsi olan RD-12-dir.
Rəsmi olaraq Starlink Rusiya ordusu və şirkətləri üçün qadağandır, lakin ölkədə qara bazarda terminallar mövcuddur. Onlar əsasən Telegram kanalları vasitəsilə satılır.
Qiyməti – qoşulma ilə birlikdə təqribən 1000 ABŞ dollarıdır. Xidmət çox vaxt “ödənişsiz” kimi reklam olunur. Bloklamaları aşmaq üçün Ukrayna və ya Avropa məlumatlarından istifadə edilir. Alıcılar üçün çatlarda terminalların deaktivasiya edilməsindən yayınmaq barədə təlimatlar, həmçinin sistemi artıq istifadə edən rus hərbçilərinin videoları paylaşılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 07 Sentyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















