“Bu “Telegram” kanalları vasitəsilə rəsmi Tehranın regional siyasəti müdafiə edilir”
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
“Ar-Rad İnfo” Telegram kanalında Bakı Təşəbbüs Qrupunun (BTQ) Fransa Senatının Korsikanın muxtariyyətinə dair konstitusiya islahatını rədd etməsinə münasibəti ilə bağlı növbəti qərəzli və manipulyativ məlumat yayımlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu fikirlər BTQ-nin bəyanatında qeyd olunub.
“Geosiyasi ikiüzlülük” başlığı ilə təqdim olunan materialda BTQ-nin icraçı direktoru Abbas Abbasovun Fransa hakimiyyətini Korsika xalqının siyasi iradəsinə hörmət etməməkdə ittiham edən və onların özünüidarə hüququnun qorunmasının vacibliyini vurğulayan bəyanatı hədəfə alınıb.
Azərbaycanın beynəlxalq müstəvidə müstəmləkəçiliyə qarşı apardığı prinsipial mübarizəni qaralamağa çalışan resurs iddia edir ki, rəsmi Bakı bu addımı ilə öz sərhədləri daxilindəki məsələlərdən diqqəti yayındırmağa yönəlmiş xarici təbliğat vasitəsindən istifadə edir.
“Ar-Rad” kanalı iddia edir ki, “Bakı Təşəbbüs Qrupu adlandırılan qurumdan Fransaya hücum etmək üçün istifadə olunması Azərbaycanın törətdiyi müharibə cinayətlərindən və öz sərhədləri daxilində yaşayan yerli xalqlara qarşı həyata keçirdiyi qəddar repressiyalardan diqqəti yayındırmağa yönəlmiş bayağı xarici təbliğat vasitəsindən başqa bir şey deyil”.
Apardığımız araşdırmalar göstərir ki, “Ar-Rad” kanalı müstəqil informasiya mənbəyi deyil və burada İranın siyasi-ideoloji mövqelərinə uyğun məzmun, o cümlədən “Müqavimət cəbhəsi” ideologiyası sistemli şəkildə təbliğ olunur. Şəbəkə daxilində koordinasiyalı fəaliyyət göstərən “Ar-Rad (Gündəm Azərbaycan)”, “Azərbaycan Araşdırma Mərkəzi” və “Sionizmin Kölgəsində” kimi Telegram kanalları vasitəsilə rəsmi Tehranın regional siyasəti müdafiə edilir və hətta “Vilayəti-Fəqih” ideologiyasının yayılması həyata keçirilir.
Bütün bunlar sübut edir ki, sözügedən informasiya resurslarının əsas hədəfi Azərbaycanda ictimai rəyə mənfi ideoloji təsir göstərmək, dövlətin xarici siyasətinə qarşı inamsızlıq yaratmaq və həssas mövzular üzərindən süni ictimai narazılığı artırmaqdan ibarətdir”, - bəyanatda deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 06 Noyabr 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















