Rusiya sükutu pozdu: Bu, İslam dünyasını parçalamağa xidmət edir
Icma.az bildirir, Olke.az portalına istinadən.
Moskva hesab edir ki, ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatların İslam dünyasında parçalanma yaratmağa xidmət edir.
Ölkə.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
"Hücumçular müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında İslam dünyasını bölməyə çalışırlar. Onlar İranı bəzi ərəb ölkələrindəki obyektlərə qarşı qisas almağa məcbur ediblər.
Rusiya tərəfi bundan dərin təəssüf hissi keçirir. Beləliklə, onlar ərəbləri başqalarının maraqları uğrunda müharibəyə cəlb etməyə çalışırlar. Eyni zamanda, onlar diqqəti Fələstin xalqının fəlakətli vəziyyətindən yayındırırlar", - məlumatda deyilir.
Moskva bütün tərəfləri atəşkəsə riayət etməyə və xüsusilə Körfəz ölkələrinin ərazilərini hədəf alan hərəkətlərə son qoymağa çağırıb.
Mürtəza
Baxış sayı:185
Bu xəbər 06 Mart 2026 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















