Deputatdan ŞOK AÇIQLAMA: “Ay nazirlər, hünəriniz çatırsa...“
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
“Deputatların səlahiyyətləri artırılmalıdır”.
Bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib.
“Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlər ki, siz yol çəkən deyilsiniz, xəstəxana tikdirən deyilsiniz, qanunvericiliklə məşğul olmalısınız. Bəs onda bizi ayda iki dəfə niyə rayonlara göndərirsiniz? Ay nazirlər, sizin hünəriniz çatırsa, gedib özünüz o camaatın qarşısına çıxın!
Get səni orda sözlə elə günə qoysunlar ki, adın yadından çıxsın. O sözləri xalq bizə deyir. Çünki xalqın əlçatanı deputatlardır. Biz orada canımızı qoyub gəlirik, çünki problemini həll edə bilmirik”, - deputat bildirib. /Qafqazinfo/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 21 Sentyabr 2026 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















