Icma.az
close
up
RU
Rusiya Suriyada mülki xəstəxanalara yenidən hücum etdi

Rusiya Suriyada mülki xəstəxanalara yenidən hücum etdi

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya döyüş təyyarələri Suriyanın İdlib əyalətində mülki xəstəxanalara zərbələr endirib. Ən azı beş hədəf vurulub. Bir gün əvvəl isə Hələbdə universitet xəstəxanası atəş altına düşüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Vaşinqtonda Yaxın Şərq İnstitutunun Suriya, anti-terror və anti-ekstremist fəaliyyəti üzrə proqramlar direktoru "Twitter" səhifəsində məlumat verib.

Hərbi jurnalist Tomas van Linq yanan binanı əks etdirən video yayımlayıb. Daha sonra geolokasiyadan istifadə edilərək həmin görüntülərin həqiqətən də İdlibdəki universitet xəstəxanası olduğu müəyyən edilib.

Van Linqe həmçinin iddia edir ki, mülki tibb müəssisələrinə hücumlar təkcə Rusiya tərəfindən deyil, həm də Bəşər Əsədin nəzarətində olan Suriya təyyarələri tərəfindən həyata keçirilir. Hələlik ölən və yaralananlar barədə məlumat verilmir.

Son illərdə Suriyanın İdlib əyalətinin əhəmiyyətli hissəsi islamçı hökumət əleyhdarı Heyət Təhrir əl-Şam qruplaşmasının nəzarətindədir. 27 noyabrda qruplaşma digər müttəfiq qüvvələrə birlikdə Bəşər Əsəd qoşunlarına hücuma keçib. Nəticədə müxalif qüvvələr Hələb şəhərini və Suriyanın əhəmiyyətli ərazisini, o cümlədən İdlib əyalətinin hamısını ələ keçirib. 

Rusiya Əsəd əleyhinə müqaviməti darmadağın etmək üçün bundan əvvəl də Suriyadakı mülki obyektləri bombalayıb. 2019-cu ildə "The New York Times” Rusiya Hərbi Hava Qüvvələrinin radio danışıqlarına, təyyarələrin müşahidə jurnallarına və şahidlərin ifadələrinə əsaslanaraq, 2019-cu ilin 5 və 6 may tarixlərində rus pilotlarının cəmi 12 saat ərzində dörd mülki xəstəxanaya hücum etdiyini müəyyən edən araşdırma dərc edib. Rusiyanın Suriyadakı vətəndaş müharibəsində iştirak etdiyi bütün dövr ərzində bir neçə yüz belə hadisə baş verib.

Nizami Bağırov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Dekabr 2024 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see198

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see184

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see166

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see140

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri