Icma.az
close
up
RU
Rusiya susur, Azərbaycan isə gözləyir: “Bütün kartlar açılmasa...”

Rusiya susur, Azərbaycan isə gözləyir: “Bütün kartlar açılmasa...”

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Rusiya Federasiyasının bəzi hava limanlarında pilotsuz uçuş aparatlarından (PUA) mümkün təhlükələr səbəbilə “Kovyor” (“Xalça”) planı tətbiq edilib.

Yerli mətbuatda yayılan məlumatlara görə, plan Samara, Qroznı, Mahaçqala və Kazan şəhərlərinin hava limanlarında işə salınıb. 

Uçuşlara və enişlərə məhdudiyyətlər qoyulub.

Bundan əlavə, Soçi, Astraxan və Volqoqrad hava limanlarında da məhdudiyyətlər tətbiq edilib, lakin həmin ərazilərdə məhdudiyyətlər sonradan ləğv olunub.

25 dekabrda, AZAL təyyarəsi vurulan gün Qroznı hava limanında hər hansı bir məhdudiyyət yox idi. Məhz həmin gün Rusiya Hərbi Hava Müdafiə qüvvələrinin səhvi nəticəsində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsi vurulub.

Mütəxəssislər bildirirlər ki, Qroznı hava məkanının uçuş üçün uyğun olmadığı halda açıq saxlanılması böyük məsuliyyətsizlikdir. Əgər Rusiya hakimiyyəti təhlükəli hava məkanını vaxtında bağlasaydı, belə bir faciə yaşanmazdı.

Məsələ ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza “Cebheinfo.az”-a açıqlamasında deyib ki, hava məkanı bağlı olsaydı bu hadisə baş verməzdi:

“Gərək bütün kartlar açılmalıdır ki, məsələnin mahiyyəti bəlli olsun. Bildirim ki, məhz hava məkanının uçuş üçün uyğun olmadığı halda açıq saxlanılması böyük məsuliyyətsizlikdir. Burada həm məsuliyyətsizlik, həm də qərəzli mövqe var. Yəni, təyyarə Aktauya niyə göndərilir ki?

Aktauya yox, geriyə göndərilməli idi. Təyyarə ən azından Bakıya və ya Zaqatala hava limanına göndərilə bilərdi. Bundan başqa, Sanqaçal və Sitalçayda hərbi hava limanları var, təyyarə həmin hərbi hava limanlarının birinə eniş edə bilərdi. Yəni yaxın yerlərdə hava limanı vardı. Amma təyyarə qərəzli olaraq Aktauya göndərilib”.

Onun sözlərinə görə, indiyə qədər aparılan araşdırmaların nəticəsi göstərir ki, təyyarə dumana görə eniş edə bilməyib:

“Təyyarə 2-3 dəfə enmək istəyib, lakin yer görsənməyib. 3-cü cəhddən sonra havada orada atəş səsləri eşidilib və bələdçilərdən biri yaralanıb. Sonradan isə onu Aktauya yönləndiriblər. İlk əvvəl Aktauya çata bilməyəcəklərini düşünüb təyyarəni dənizə salmaq istəyiblər. Yəni ilk qərar bu olub. Ona görə də sərnişinlərə xüsusi jiletlər də geyindirilib. 

Sonradan kapitan fikirləşib ki, təyyarəni dənizə salsa, itkisi çox ola bilər və yanacağa qənaət etmək üçün motoru söndürüb yandıraraq dənizi keçib. Eniş etmək üçün bir neçə variantı gözdən keçirib”.

Əfsanə Rəcəb
“Cebheinfoaz”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Dekabr 2024 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri