Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı
Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya Qara dəniz vasitəsilə taxıl daşınmasının təhlükəsizliyini təmin etmək üçün müxtəlif təklifləri nəzərdən keçirir və bu məsələ ilə bağlı Türkiyə ilə təmaslarını davam etdirir. Lakin Moskva “taxıl sazişi”nin bərpası üçün perspektiv görmür.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Alimov “İnterfaks” agentliyinə bildirib.
Onun sözlərinə görə, müxtəlif ölkələrdən daxil olan təkliflər araşdırılır və Rusiya bu mövzuda təkcə Türkiyə ilə deyil, digər dövlətlərlə də dialoq aparır.
“Ölkələrdən daxil olan təkliflər nəzərdən keçirilir. Türkiyə də daxil olmaqla, bütün ölkələrlə dialoqdayıq. Bu mövzunu müxtəlif dövlətlərlə müzakirə edirik. Lakin hələlik ‘taxıl sazişi’nin bərpası üçün hər hansı perspektiv görmürəm”, – deyə Alimov bildirib.
Nazir müavini qeyd edib ki, sazişin yenidən işə salınması məsələsi BMT platformasında da müzakirə olunur. Onun sözlərinə görə, təşəbbüsü hansısa formada bərpa etmək istəyən tərəflər var, lakin bu, Moskvanı qane etmir.
Alimov Rusiya, BMT və Ukrayna arasında əldə olunmuş “taxıl sazişi”ni uğursuz razılaşma adlandırıb.
“Biz öz öhdəliklərimizə əməl edirdik. Lakin BMT Rusiya qarşısında götürdüyü öhdəliklərin, o cümlədən gübrələrimizin və kənd təsərrüfatı məhsullarımızın ixracının təmin edilməsi ilə bağlı vədlərin yerinə yetirilməsinə nail ola bilmədi. Buna görə də ‘taxıl sazişi’ni hər hansı formada bərpa etmək üçün imkan görmürük”, – deyə Rusiya xarici işlər nazirinin müavini vurğulayıb.
Qara dəniz Taxıl Təşəbbüsü 2022-ci ilin iyulunda Türkiyə, Rusiya, BMT və Ukrayna arasında əldə edilmiş razılaşma idi. BMT-nin vasitəçiliyi ilə imzalanan saziş Ukraynaya müharibə şəraitində Qara dəniz vasitəsilə taxıl ixrac etməyə imkan verirdi.
Razılaşmanın digər məqsədi isə Rusiya ərzaq məhsullarının və gübrələrinin dünya bazarlarına çıxarılmasını asanlaşdırmaq idi.
Post navigationPrevious: Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 26 Oktyabr 2026 21:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















