Icma.az
close
up
RU
Rusiya tərəfi günahkardırsa, üzr istəməlidir! Sergey Markov

Rusiya tərəfi günahkardırsa, üzr istəməlidir! Sergey Markov

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" təyyarəsi qəzaya uğrayıb. Təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S1" zenit-raket kompleksi tərəfindən hücuma məruz qalıb. Daha sonra ciddi zədə alan təyyarəmizin Qroznı və Mahaçqala aeroportlarına enməsinə icazə verilməyib.

Rusiya tərəfi "Embraer 190" təyyarəsini Qazaxıstanın Aktau şəhərinə doğru yönəldib.
 

"Embraer 190"ın ekipajı böyük şücaət göstərərək, təyyarəni Aktau şəhərinə çatdıra bilib.

Təəssüf ki, Aktau limanına 3 dəqiqəlik məsafə qalanda təyyarə qəza enişi etməyə məcbur olub. Qəza nəticəsində, ümumilikdə 67 nəfərdən 38-i həlak olub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib ki, Kreml “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmaların yekunlaşmasını gözləyir. Buna görə də rəsmi Moskva hələ  olaya heç bir qiymət verməyəcək.

“Bu aviasiya insidenti ilə bağlı araşdırma aparılır və araşdırmadan nəticə çıxarılana qədər biz özümüzü hər hansı bir qiymətləndirmə aparmaq hüququna malik hesab etmirik”.


Rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov hadisə ilə bağlı Modern.az-a danışıb.
 

O qeyd edib ki, Rusiya tərəfi günahkardırsa, üzr istəməlidir:
 

“Bakı-Qroznı reysi ilə uçan "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması dəhşətlidir. Qəza ilə bağlı bir neçə versiya var. Hazırda dəqiq nə baş verib deyə bilmərik, istintaq gedir. Fərqli yerlərdən ayrı-ayrı məlumatlar toplamışam, belə ehtimal olunur ki, təyyarə Ukraynanın Qroznıya hava hücumu zamanı enmək istəyib. Ukraynanın hücumu ilə bağlı da tədbirlər görülüb. Pilot Bakıya qayıtmaq qərarı alıb. Təyyarə bundan sonra zərbəyə məruz qalıb. Pilot elə bilib ki, quş hücumudur və dispeçirə məlumat verib. Bunun hərbi proses olduğu başa düşülüb və 16 dəqiqə sonra aeroport bağlanma qərarı alıb. Digər aeroportlar da bu hadisəni bildiklərinə görə təyyarəni qəbul etməyib. Zərbədə təyyarənin birinci qanadı əzilib və qəza enişi edilib. Bildirim ki, əgər bu qəzada günahkar Rusiyadırsa, öz günahını boynuna almalı, üzr istəməli və kompensasiya ödəməlidir. Amma indi dəqiq bir şey deyə bilmərik, Qazaxıstanda istintaq gedir, nəticələrinə uyğun olaraq davranılacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Dekabr 2024 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see181

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see152

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see139

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri