Rusiya tərəfində döyüşüb ölən ermənilər Tanınmış erməni bloqer dəhşətli rəqəm açıqladı
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Məlum olduğu kimi, ermənilər Ukraynaya qarşı işğalçılıq müharibəsində Rusiya tərəfində “can-başla” döyüşürlər. Onların rəsmi sayı açıqlanmasa da, söhbətin on minlərlə ermənidən getdiyi bildirilir. Bu ermənilərin çoxu pul müqabilində rus ordusu ilə müqavilə bağlayaraq, ukraynalıları öldürməyə gedənlərdir…
“AzPolitika” xəbər verir ki, tanınmış erməni bloqer Roman Baqdasaryan öz sosial şəbəkə səhifəsində Ukrayna torpaqlarında “Rusiya uğrunda” ölən ermənilərin sayını açıqalyıb. Baqdasaryan yazıb ki, “Bu günə qədər Ukraynada Rusiya, Ermənistan və Qarabağdan 6754 erməni həlak olub”. Bloqer daha 1500 ermənininsə itkin düşdüyünü yazıb.
Xatırladaq ki, 44 günlük müharibədə müxtəlif hesablamalara görə, 10 minə yaxın erməni əsgəri məhv edilmişdi. Belə çıxır ki, Ukraynada “rus dünyası” uğrunda ölən ermənilərin sayı da üst-üstə Qarabağda ölənlərin sayına yaxınlaşır.
Baqdasaryan səhifəsində həmçinin, dünən Yuri Abramyan adlı daha bir erməninin Ukraynada məhv edildiyini yazıb və onun fotosunu paylaşıb. Sən demə Abramyan Qarabağdan gedənlərdəndir və cəbhədəki kod adı da “artsax” olubmuş. Bu da bir növ simvolik görünür, çünki qondarma “artsax” artıq 2020-ci ildə Qarabağda ölüb, oradan qaçıb Rusiya üçün döyüşən “artsax” isə dünən Ukraynada məhv edilib…
Baqdasaryanın yazdığna görə, ümumilikdə artıq 500-dən çox keçmiş Qarabağ ermənisi Ukrayna cəbhəsinə gedib və onlardan artıq təxminən 200-ü həlak olub.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 28 Noyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















