Mərkəzi asiyalılar İsrailin tərəfində döyüşüb SİYAHI
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyat zamanı minlərlə xarici vətəndaş döyüşlərdə iştirak edib.
“Cebheinfo.az”-ın məlumatına görə, “Al Jazeera” nəşri bu barədə yazıb.
Qeyd edilir ki, İsrail Müdafiə Qüvvələrinin hərbi qulluqçularının əhəmiyyətli bir hissəsi ikili vətəndaşlığa malikdir.
Nəşrin yazdığına görə, onların arasında ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Ukrayna, Rusiya və digər ölkələrin vətəndaşları var.
Ən böyük qrupu (12-13 min nəfər) ABŞ vətəndaşı olan hərbçilər təşkil edib. Fransa və Rusiya vətəndaşlarının sayı da 5-6 min nəfər olmaqla əhəmiyyətli dərəcədədir. Döyüşlərdə Böyük Britaniya, Almaniya və Ukraynanın 1000-dən çox vətəndaşı iştirak edib.
Nəşrin məlumatına görə, Qəzza zolağında Asiya ölkələrinin yüzlərlə vətəndaşı İsrail tərəfində vuruşub. Onların 264 nəfəri Özbəkistandandır.
Onların beş millətdən olduğu və İsrail vətəndaşlığına malik olduqları qeyd edilir. Bundan əlavə, xarici vətəndaşlar arasında 189 Qazaxıstan, 52 Qırğızıstan, 31 Türkmənistan və 8 Tacikistan vətəndaşının adı var.
Məqalə müəllifləri vurğulayırlar ki, bəzi əcnəbilər İsrail ordusunda daimi əsaslarla xidmət edir, digərləri isə münaqişənin şiddətlənməsindən sonra bu ölkəyə gəliblər.
Xatırladaq nki, Mərkəzi Asiya ölkələrinin hakimiyyət orqanları dəfələrlə vətəndaşlara xarici silahlı qüvvələrdə xidmət etdiklərinə görə cinayət məsuliyyətinə cəlb ediləcəkləri barədə xəbərdarlıq ediblər.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 18 Fevral 2026 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















