Icma.az
close
up
RU
Rusiya terror dövləti olduğunu bir daha göstərdi

Rusiya terror dövləti olduğunu bir daha göstərdi

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yekaterinburq şəhərində Omon və FSB tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətl hadisəsi Rusiyanın terror dövləti olmasını bir daha təsdiq elədi. Biz hələ ötən ilin dekabrında AZAL-a məxsus təyyarənin vurulması və baş vermiş faciənin şokundan özümüzə gəlməmiş Rusiyadan azərbaycanlılara qarşı növbəti vəhşiliyin şahidi olduq.
Yekaterinburq şəhərində soydaşlarımızın qətlə yetirilməsi heç şübhəsiz ki, özfəaliyyət deyil. Bu, hadisə Rusiyada diskriminasiya, şovinizm və   islamofobiya dövlət siyasəti səviyyəsinə yüksəlib və bütün bunların arxasında bilavasitə Prezident Vladimir Putin dayanır. Azərbaycanlıların ölüm əmrinin də məhz ondan gəldiyinə şübhə etmirik.
Rusiya telekanalları bu hadisəni malalamağa, soydaşlarımızım qətlini ört basdır etməyə çalışırlar. Ancaq hər kəsə aydındır ki, soydaşlarımızın qətli  Kreml rəhbərinin iradəsindən kənar mümkün deyil. Putin dünyada bir sıra qətllərin sifarişçisi kimi tanınır, onun adı bir neçə müxalifət liderlərinin qətlində hallanır. Görünən odur ki, Kreml rəhbəri insan ölümündən həzz alır. Əgər bu belə olmasaydı Putin bir milyondan çox rus əsgərinin və bir milyondan çox ukraynalı hərbçinin ölümündə əsas pay sahib olmazdı.
Ukrayna xalqına qarşı davam edən vəhşilik, bu ölkənin dinc əhalisinin, mülki obyektlərinin, xüsusən də xəstəxanaların hədəfə alınması Rusiyanın terror mahiyyətli dövlət olduğuna, dair düşüncələri möhkəmləndirir.

Yekaterinburqda baş vermiş qətl hadisəsindən sonra rəsmi Bakı hadisəyə səssiz qalmadı və Rusiyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı. Bu onu göstərir ki, rəsmi Bakı qətl hadisəsinin arxasında siyasi motivlərin durduğunu ehtimal edir. Bundan əlavə, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun bu ay Bakıya nəzərdə tutulan səfəri də ləğv olundu. Bildirildi ki, Azərbaycan dövləti yaranmış vəziyyətdə Overçukun və ya digər rəsmi şəxsin Azərbaycana səfərində heç bir əhəmiyyət görmür.
Bütün bunların fonunda birmənalı olaraq, qeyd etmək olar ki, Azərbaycan dövlətini təkcə ölkəmizdə yaşayan vətəndaşların yox, bütün dünyada yaşayan azərbaycanlıların taleyi maraqlandırır və hər zaman onların haqlarını müdafiə etməyə qadirdir.

Ümid edirik ki, bütün dünyanı özünə düşmən edən Kreml nəhayət ayıq başla düşünərək Azərbaycan kimi strateji tərəfdaşı itirməmək üçün davranışlarına çəki-düzən verəcək. Əks halda, bunun ziyanı Moskvaya daha çox dəyəcək.
Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://missiya.az
archiveBu xəbər 29 İyun 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri