Icma.az
close
up
RU
“Suriyada terror dövləti qurulur”

“Suriyada terror dövləti qurulur”

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

“Özünü “Suriya Demokratik Qüvvələri” adlandıran, əslində isə PKK/PYD tərəfindən formalaşdırılmış bu terror qruplaşması Suriyada vətəndaş müharibəsi başladıqdan sonra ölkə ərazilərinin təxminən üçdə birini nəzarət altına alıb”.

Bu fikirləri politoloq Oqtay Qasımov Xalqcebhesi.az-a açıqlaması zamanı deyib.

O qeyd edib ki, PKK/PYD-nin Suriyada bu qədər geniş ərazilərə nəzarət etməsi onların öz imkanları hesabına deyil, ABŞ, bir sıra Avropa ölkələri və İsrailin uzunmüddətli və sistemli dəstəyi nəticəsində mümkün olub: “2011-ci ildən bu günə qədər PKK/PYD məhz ABŞ-ın verdiyi çoxşaxəli siyasi, hərbi və maliyyə dəstəyi ilə Suriyanın ən bərəkətli və ən zəngin torpaqlarını nəzarətdə saxlayıb. Suriyada rejim dəyişikliyindən sonra ötən ilin mart ayında Suriya müvəqqəti hökumətinin başçısı Əhməd Şaara ilə SDQ-nin rəhbəri Mazlum Abdi arasında anlaşma imzalanıb. Həmin razılaşmaya əsasən, SDQ-nin silahlı qüvvələrinin Suriya ordusuna inteqrasiya olunması və bu prosesin başa çatdırılması nəzərdə tutulurdu. Lakin PKK/PYD-nin bunu real şəkildə həyata keçirəcəyi inandırıcı görünmürdü və məhz bu səbəbdən proses uzandı. Aparılan danışıqlarda ABŞ iki tərəf arasında vasitəçi rolunu oynayıb və hazırda da bu prosesi yönləndirməyə çalışır: “Mazlum Abdi açıq şəkildə nəzarətləri altında olan ərazilərdən geri çəkilməyəcəklərini bəyan edir. Eyni zamanda Dəməşqə gedəcəyini və Suriya rəhbərliyi ilə görüşlərin keçiriləcəyini açıqlayır. Əhməd Şaaranın imzaladığı son fərmanla SDQ üzvlərinin fərdi qaydada Suriya ordusuna üzv ola bilməsi nəzərdə tutulur. Bununla yanaşı, kürdlərə müəyyən hüquqların tanınması, kürd dilinin istifadəsi və Novruz bayramının Suriyada qeyd olunması ilə bağlı qərarların verilməsi müsbət addımlar kimi qiymətləndirilə bilər. Lakin bütün bunlar Suriyanın unitar dövlət quruluşunun qorunması məqsədi daşıyır”.

Oqtay Qasımov vurğulayıb ki, buna baxmayaraq, PKK/PYD/SDQ-nin real qərarvermə mexanizmi öz əlində deyil: “Bu qruplaşma ABŞ və İsraildən gələn təlimatlara uyğun hərəkət edir. ABŞ bu prosesə müsbət yanaşacağı təqdirdə PKK da buna razı olacaq. Əks halda razılaşmaların pozulması riski qalmaqdadır. Son dövrlərdə baş verən proseslər Suriyanın ərazi bütövlüyü və suverenliyi baxımından mühüm əhəmiyyət daşıyır və bu ölkə üzərində aparılan geosiyasi oyunların pozulmasına yönəlib. Müəyyən ümidlər var ki, PKK ilə Suriya hökuməti arasında müəyyən razılaşmalar əldə oluna bilər. Lakin bu prosesin taleyi əsasən ABŞ-ın mövqeyindən asılı olacaq”.

Günel Elxan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 Yanvar 2026 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1422

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see706

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see549

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see472

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see462

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see450

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see444

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see409

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see380

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see348

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see311

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see300

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see294

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see288

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see281

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see280

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see264

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see261

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see260

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see249
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri