Rusiya təyyarələri havada xarab olub Bir gündə iki qəza hadisəsi
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Rusiyanın "Red Wings" aviaşirkətinə məxsus və Kazandan Yekaterinburqa uçan "Sukhoi Superjet 100" təyyarəsi nasazlıq səbəbindən uçduğu hava limanına qayıdıb.
“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, aviaşirkət hadisənin səbəbini eniş mexanizmindəki problemlərlə əlaqələndirib. Təyyarədə 85 sərnişin olub. Eniş zamanı heç kim xəsarət almayıb.
Bu, son 24 saat ərzində Rusiya aviaşirkətlərilə bağlı ikinci hadisədir. Bundan az öncə Tümendən Vyetnamın Nha Trang şəhərinə uçan "Azur Air"-ə aid Boeing 767-300 təyyarəsi qəza siqnalı verib. Bu, uçuşdan altı saat sonra, Myanma yaxınlığında baş verib. Təyyarədə mühərrik problemləri yaranıb. Ekipaj Myanmanın ən yaxın hava limanı olan Yanqonda eniş etmək qərarına gəlib. 336 sərnişindən və on heyət üzvündən heç kim xəsarət almayıb. Əvvəllər eyni təyyarədə iki mühərrik yanması baş verib.
Birinci hadisə 27 fevralda, təyyarənin Vyetnamın Fukuok adasından Kazana uçuşu zamanı, digəri martin 2-də Moskvadan Taylandın Pattaya şəhərinə yola düşdükdən sonra yaşanıb. Aprel ayından etibarən Azur Air təyyarələrinin sıradan çıxması səbəbindən heyətini və uçuş cədvəlini azaldacaq.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:385
Bu xəbər 09 Mart 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















