Icma.az
close
up
RU
Rusiya təyyarənin Xəzərdə batmasını istəyib? Deputatdan mühüm AÇIQLAMA

Rusiya təyyarənin Xəzərdə batmasını istəyib? Deputatdan mühüm AÇIQLAMA

Sitat.info saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qəzadan dərhal sonra hadisə yerindən yayılan foto və videolarda təyyarəyə kənardan müdaxilə edilməsi versiyası dominantlıq təşkil edirdi.Təbii ki, istintaq orqanları bununla bağlı araşdırmalar aparırlar. İstənilən halda son qərarı gözləməliyik".

Bu sözləri Sitat.info-ya açıqlamasında təyyyarə qəza ilə bağlı açıqlama verən millət vəkili, AMİP sədri Arxuxan Əlizadə bildirib.
Deputat vurğulayıb ki, artıq “Caliber.az “ saytında və digər KİV-lərdə verilən məlumata əsasən, təyyarəyə hava hücumundan müdafiə sistemi vasitəsilə kənar müdaxilə edilib: "Bir məsələni də qeyd etmək lazımdır ki, təyyarənin istiqamət götürdüyü Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının sədri Həmzət Kadırov da belə bir məlumat yayıb ki, dünən səhər saatlarında, təyyarənin Qroznu hava limanına enməsinə az qalmış, Ukrayna pilotsuz uçuş aparatları tərəfindən Çeçenistan ərazisinə hücumlar olunub. Həmin dronlar Çeçenistanın müdafiə qurğuları tərəfindən vurulub, heç bir tələfat yoxdur deyə informasiya yayılıb".

A. Əlizadə hesab edir ki, bu məlumatın özü də təyyarənin kənar hücumlara məruz qaldığını təsdiqləmiş oldu: "Təbii ki, istintaqın nəticələrini gözləyərək hadisənin təfərrüatlarını qabaqlamaq istəməzdim, amma hesab edirəm ki, təyyarənin vurulmasında qərəz olmaya bilər. Təyyarənin duman səbəbi ilə Çeçenistanın Qroznu şəhərinin hava limanına enməsinə icazə verilməyib, ardınca da yaxınlıqda olan Mahaçqala hava limanına da eniş üçün icazə verilməyib. Bütün bu yaşananlar ciddi sualların yaranmasına səbəb olur. Güman edilir ki, təyyarənin naviqasiya sisteminə də təsir edilib və təyyarə hansı istiqamətdə hərəkətdə olmalıdırsa, əks istiqamətə hərəkətə keçib. Belə bir versiya da mövcuddur ki, təyyarə həmin zədə səbəbi ilə Aktauya çatmaya da bilərdi, dənizə də düşə bilərdi. Bu zaman bütün izlər aradan qaldırıla bilərdi. Təyyarənin dənizin dibinən çıxarılması, qəzanın səbəblərinin araşdırılması olduqca çətin məsələyə çevriləcəkdi.  Nə üçün təyyarəyə yaxın hava limanlarına enişə icazə verilməyib sualına yəqin ki, istintaqla cavab veriləcəkdir”.
Ekspert bildirir ki, istintaqın nəticələrindən sonra kənar müdaxilənin olması meydana çıxsa, günahı olan, buna səbəb olan və bu barədə qərar verən kimliyindən aslı olmayaraq  ciddi surətdə cəzalandırılmalıdır:” Biz bunu gözləyək.
Həmçinin məlumdur ki, qəbul edilən qərara əsasən  Qroznıya, Mahaçqalaya, Mineral Nvodu istiqamətində uçuşlar təxirə salınıb.

Deputat onu da əlavə edib ki, istintaq başa çatana qədər, eyni zamanda Rusiya-Ukrayna  müharibəsi səbəbi ilə Rusiya şəhərlərinə uçuşların dayandırılması ilə bağlı qərar qəbul edilə bilər: "Ukrayna hava  məkanı müharibə və təhlükəsizlik səbəbilə təyyarələr üçün bağlanıb. Hesab edirəm ki, Rusiya hava məkanı da eyni qərarla bağlanmalıdır. Rusiya tərəfi bu məsələ ilə bağlı qərar verməlidir. Rusiyanın tək, sərhəd və mərkəz şəhərləri yox, kənar şəhərləri də artıq Ukrayna tərəfinin pilotsuz uçuş aparatları tərəfindən zərbələrə məruz qalır. Belə bir təhlükəli zonaya təyyarələrin enməsi  də dayandırılmalıdır. Bununla da bağlı müvafiq qərarın verilməsini gözləməliyik. İstintaqın nəticələrinə asılı olaraq Azərbaycan tərəfi yekun və doğru qərar verəcək. Təyyarə qəzasında rəhmətə  gedənlərə Allahdan rəhmət, sağ qalanlara isə şəfa diləyirik".

Tehran Yusifli, 

Sitat.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://sitat.info
archiveBu xəbər 26 Dekabr 2024 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see197

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see164

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see159

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see149

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see146

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see140

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see136

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see131

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see130

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see129

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see127

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see127

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see122

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see118

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri