Icma.az
close
up
RU
Rusiya təzyiq göstərmək istəyirsə, səhv YOLDADIR

Rusiya təzyiq göstərmək istəyirsə, səhv YOLDADIR

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir neçə gün əvvəl Rusiya Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına hücum edib. Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı hücumu pisləyib.

Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Rusiya Parlamentlərarası İşçi Qrupunun üzvü Azər Badamov bildirib ki, Rusiyanın Ukraynadakı SOCAR-a məxsus enerji infrastrukturunu hədəfə alması qeyri-dost addım və beynəlxalq humanitar hüququn pozulmasıdır:

"Müharibə aparan ölkə həmin ərazidə yerləşən digər ölkələrin mülki obyektlərini hədəf seçməməlidir. Bu həm də Rusiya ilə Azərbaycan arasında imzalanmış və qüvvədə olan bir çox sənədlərin ruhuna ziddir. Azərbaycanın Ukraynadakı mülki obyektlərimizin heç bir hərbi məqsədi yoxdur. Həm də Azərbaycanın qurduğu beynəlxalq münasibətləri heç bir ölkəyə qarşı deyil. Bu baxımdan Rusiyanın SOCAR-a məxsus infrastruktura hava zərbələri endirilməsi yolverilməzdir".

Parlamentari vurğulayıb ki, Rusiya bu üsulla Vaşinqtonda imzalanmış sülh gündəliyinə görə təzyiq göstərmək istəyirsə səhv yoldadır:

"Çünki, uzun illərdən sonra Azərbaycanla Ermənistan arasında imzalanmış sülh gündəliyi region üçün sabitlik və təhlükəsizlik gətirəcək. Həm də Rusiya anlamalıdır ki, biz 90-cı illərin əvvəlində yaşamırıq. Azərbaycan müstəqil dövlətdir və heç kimin diktəsi ilə beynəlxalq münasibətlər qurmur.  Biz uzun illər belə təzyiqlərdən, işğallardan əziyyət çəkmişik. İndi isə özümüz-özümüzü müdafiə edə bilirik və müstəqil şəkildə münasibətləri formalaşdırırıq. Rusiya isə belə qeyri-dost hərkətləri ilə Azərbaycanı və digər qonşularını özündən ancaq uzaqlaşdırır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Avqust 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri