“Rusiya Trampın sülh planını açıq müzakirə etməyə hazır deyil” Ryabkov
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Rusiya ABŞ prezidenti Donald Trampın Ukraynaya dair sülh planının müxtəlif versiyalarını açıq şəkildə müzakirə etməyə hazır deyil”.
525.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"Biz baş verənlərin müəyyən detallarını, o cümlədən bu sülh planının müxtəlif versiyalarını açıq şəkildə müzakirə etməyə hazır deyilik. Dialoq prosesinin davam etməsi üçün vaxt və diqqət lazımdır", - o deyib.
Ryabkov Moskvanın dialoqa hazır olduğunu vurğulayıb:
"Məsələ iki ölkə liderlərinin Putin və Trampın Ankoricdə əldə etdikləri anlaşmaları ciddi şəkildə həyata keçirmək üçün siyasi iradənin olub-olmamasındadır. Biz Ankoricin nəticələrinə sadiqik və bu çərçivədə hərəkətə edəcəyik. Hazırda baş verənləri iki prezidentin orada ifadə etdiyi fundamental prinsiplərlə uyğunlaşdıracağıq".
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 26 Noyabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















