Icma.az
close
up
RU
Rusiya “Turan birliyinin” güclənməsinə qarşı Kremlin ciddi səhvi KONKRET

Rusiya “Turan birliyinin” güclənməsinə qarşı Kremlin ciddi səhvi KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kremlə yaxın nəşr Moskvanın Azərbaycan və Mərkəzi Asiyanın türkdilli dövlətlərinə münasibətdə qaba siyasətinin, zorla “rus təbliğatı”nın yanlış olmasını etiraf etdi; “NQ”: “Türk Dövlətləri Təşkilatı öz Avropa İttifaqını qurur”

Almatı “Türk Dünyasının Gənclər Paytaxtı – 2025” statusuna layiq görülüb. Həftəsonu Türk Dövlətləri Təşkilatının (TDT) Beynəlxalq Gənclər Festivalının açılışına start verilib. Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev təbrik məktubunda tədbirin türk dövlətləri arasında əlaqələrin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətini qeyd edib.

KONKRET.az musavat-a istinadən xəbər verir ki, Kremlin fəal təbliğat nəşrlərindən olan “Nezavisimaya qazeta” TDT-nin son illər inkişafı barədə məqalə dərc edib. Məqalədə əsas vurğu keçmiş sovet respublikalarında “Rus dünyası” tendensiyasının zəifləməsindən və TDT-nin mövqelərinin möhkəmlənməsindən narahatlığa yönəlib. Qəzetin ekspert kimi seçdiyi Etno-Milli Strategiyalar Agentliyinin direktoru Aleksandr Kobrinskinin açıqlamaları da bu narahatlığı təsdiq edir.

Ekspert xüsusilə Türkiyənin TDT-nin dünyadakı mövqelərinin güclənməsində xüsusi rolunu vurğulayıb. “Türk dəyərlərinin, dilinin və mədəniyyətinin fəal şəkildə təbliği, eləcə də Mərkəzi Asiya ölkələrindən olan gənclər üçün təhsil imkanlarının yaradılması türk dünyasının müsbət imicini formalaşdırmağa və onun regionda mövqeyini gücləndirməyə imkan verir”, – Kobrinski deyib. Onun sözlərinə görə, bu baxımdan, postsovet respublikalarında “rus dünyası”nın təbliği ilə bağlı yanaşmaları yenidən nəzərdən keçirmək lazımdır. “Cəmiyyətdə dəyişən geosiyasi reallıqları və əhval-ruhiyyəni nəzərə almaq, düz və qarşıdurma xarakterli bəyanatlardan qaçmaq vacibdir. Bunun əvəzinə hörmət, bərabərlik və milli maraqların nəzərə alınması prinsipləri əsasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına diqqət yetirmək lazımdır”, – deyə o bildirib. Bu açıqlama Kremlin son illər Azərbaycan və Mərkəzi Asiyanın türkdilli dövlətlərinə münasibətdə qaba siyasətinin, zorla “rus təbliğatı”nın yanlış olmasının etirafıdır.

Ekspert son illərdə TDT-nin getdikcə daha fərqli siyasi və iqtisadi quruma çevrilməsinə diqqət çəkib. “Etiraf etmək lazımdır ki, türk inteqrasiyası mövzusu bu gün Mərkəzi Asiya ölkələrində “Rus dünyası” mövzusundan daha müsbət qarşılanır. Bu, həm mədəni, həm dil yaxınlığı kimi obyektiv amillərin, həm də Rusiya siyasətindəki yanlış hesablamaların nəticəsidir”, – Kobrinski deyib. Onun fikrincə, keçmiş sovet respublikalarında Rusiyanın maraqlarını müdafiə edən elitanın yetişdirilməsi üçün təhsilə və mədəniyyət mübadiləsinə yanaşmalara yenidən baxmaq lazımdır. “TDT Avropa Birliyinin prototipidir” deyən ekspert təşkilatın güclənməsindən açıq narahatlığını bir daha bu fikirlərlə faş edib. Ekspert deyib ki, Avropa Birliyi yarandıqdan sonra bu təşkilata üzv dövlətlər müstəqilliklərini itirdikləri kimi, Mərkəzi Asiya ölkələri də eyni aqibəti yaşaya bilər.

…Rusiya deyəsən, həm etiraf da, həm də “Turan birliyinə” qarşı yanlış siyasətdə dönüş etməkdə çox gecikib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Avqust 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see268

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see154

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri