Rusiya Türkiyədən kömək istəyir
Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya öz qoşunlarını Suriyadan çıxarmaq üçün Türkiyəyə müraciət edib.
Reyting.az "CNN Türk"-ə istinadla bildirir ki, Rusiya qoşunlarının Suriya ərazisindən tamamilə təhlükəsiz çıxarılmasını təmin etməkdən ötrü Türkiyədən yardım istəyib.
Məlumata görə, öncə Rusiya qoşunlarının Türkiyənin nəzarətində olan bölgələrə göndərilməsi, daha sonra isə hava yolu ilə bütün hərbi yük və kontingentin Rusiyaya daşınacağı nəzərdə tutulur.
Bununla yanaşı, telekanal digər mənbəyə istinadla iddia edib ki, Rusiya hələlik Tartus və Xmeymimdəki hərbi bazalarını saxlamaq niyyətindədir.
Lakin təhlükəsizlik baxımından belə çətin bölgədə təklənəcəyini anlayan Rusiyanın ümidi ancaq bir ölkəyədir və Türkiyənin iştirakı olmadan bunu edə bilməyəcəyini yaxşı başa düşür. Elə buna görə də, artıq çox çıxılmaz vəziyyətdə qalan Putin Rusiyası Suriyadan və bu ölkənin digər bölgələrindən öz qoşunlarının çıxarılması üçün Türkiyədən kömək istəyib.
Türkiyənin Rusiyanın bu müraciətini necə cavablandırdığı barədə hələ ki, dəqiq məlumat yoxdur.
Oqtay QORÇU
Baxış sayı:151
Bu xəbər 09 Dekabr 2024 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















