Icma.az
close
up
RU
Rusiya tutduğu əraziləri geri qaytarmayacaq ŞƏRH EDİLDİ

Rusiya tutduğu əraziləri geri qaytarmayacaq ŞƏRH EDİLDİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Rusiya-Ukrayna münaqişəsi dünyanın iqtisadi-siyasi sistemini köklü şəkildə zədələdi". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib.

O bildirib ki, Amerikada Bayden hakimiyyəti Ukrayna münaqişəsini yaratmaqla dünyada hərbi xaos yaratdı: "Bu hərbi xaosun fonunda Birləşmiş Ştatlar öz maraqlarını həyata keçirdi. Bayden hakimiyyəti Birləşmiş Ştatları Rusiyanın düşməni elan etmişdi. Rusiyanı dünya siyasi xəritəsindən silmək istəyirdi. Ukrayna münaqişəsi onu göstərdi ki, Rusiya dünyada güc mərkəzidir. Rusiyanın siyasi maraqları ilə hesablaşmaq lazımdır.

Artıq Amerikada hakimiyyət dəyişikliyi yaranmışdır. Trampın hakimiyyətə gəlməzdən əvvəl də seçicilər qarşısında bəyanat vermişdi ki, qısa müddətdə bu münaqişəni aradan qaldıracaq. Trampın bəyanatları istər Birləşmiş Ştatlarda, istərsə də dünyada yeni siyasi situasiya yaradıb. Bu həm Ukraynada, həm də Yaxın Şərqdə özünü göstərməkdədir. Trampın ilkin davranışlarında belə bir görüntü yaranır ki, Rusiya ilə münasibətlərini loyallaşdırmaq istəyir. Atəşkəsin, gələcəkdə sülhün əldə edilməsi üçün adımlar atmaq istəyir. Amerikada da Ukraynanın Prezidenti ilə Tramp arasında görüş bir daha onu göstərdi ki, Tramp Ukrayna rəhbərinə təzyiq edir ki, atəşkəsin əldə edilməsi üçün Rusiyanın tələblərini həyata keçirsin. Rusiyanın tələbləri həyata keçirilməyənə qədər atəşkəs və sülh sazişi əldə edilməyəcək. Rusiyanın da əsas tələbləri Ukraynanın neytral dövlət olmasını bəyan etməlidir. Eyni zamanda Zelenski hakimiyyətdən getməlidir. Atəşkəsin əldə edilməsi, sülhün əldə edilməsi üçün isə Putin Zelenski ilə masada oturub heç bir sazişə imza atmayacaqdır".

"Trampın davranışı Ukraynaya təzyiq etməkdir ki, atəşkəsin əldə edilməsi üçün güzəştlərə getsin. Ukrayna məğlub tərəfdir. Əgər Zelenski Trampın tələblərinə əməl etməsə, Ukrayna yenə də torpaqlarını itərəcəkdir. Bu münaqişədə Ukrayna 100 minlərlə gənclərini itirdi, 10 milyonlarla insanı qaçqın oldu. Trampın davranışı Ukraynanı qoruyub saxlamaqdır. Digər əraziləri qoruyub saxlamaq üçün danışıq olmalıdır. Rusiya qalib tərəfdir. Bu münaqişədə hərbi üstünlüyü var. Rusiya bu üstünlüyü əldə etməklə NATO bloku arasında fikir ayrılığı yaratmışdır. Rusiya iqtisadi baxımdan qalib tərəfdir. Qərb mətbuatının verdiyi məlumata görə, Ukraynanın təbii sərbvətlərinin 70%-i Rusiyanın nəzarət etdiyi ərazilərdədir.

Rusiya tutduğu əraziləri geri qaytarmayacaq. Rusiyanın şərtləri qəbul olunmalıdır. Baydenin hakimiyyəti dövründə Rusiya heç cür Amerikanın şərtini qəbul etməyəcəkdir. Tramp dedi ki, əgər mən hakimiyyətdə olsaydım, bu münaqişə baş verməzdi. Tramp Zelenskini axmaq prezident kimi təqdim etdi. Bu münaqişənin törədicisinin Amerika olduğunu bir daha səsləndirdi. Bu da Rusiyanın mövqeyi ilə üst-üstə düşür. Hesab edirəm ki, bu cür bəyanatlar Rusiya ilə bir masa arxasında oturmağa gətirib çıxaracaq" - deyə o, əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Mart 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri